Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİM imtahan nəticələrini açıqladı

Tarix: 30-06-2019 21:42     Baxış: 3238 A- / A+
DİM imtahan nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün keçirdiyi test imtahanının nəticələri açıqlanıb.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 14 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:03-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, BA1 altqrupu üzrə – 3 nəfər, BA2 altqrupu üzrə – 14 nəfər, BA3 altqrupu üzrə – 32 nəfər, BA4 altqrupu üzrə – 50 nəfər, BB1 altqrupu üzrə – 21 nəfər, BB2 altqrupu üzrə – 48 nəfər, BB3 altqrupu üzrə – 99 nəfər, BB4 altqrupu üzrə – 173 nəfər olmaqla, ümumilikdə 440 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 1-dən 12-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 1–3 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar