Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Abituriyentlərin 46 faizi 200 baldan az toplayıb

Tarix: 22-06-2019 18:25     Baxış: 3209 A- / A+
Abituriyentlərin 46 faizi 200 baldan az toplayıb

Ötən il qəbul imtahanında I-IV ixtisas qrupları üzrə abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb.

Manevr.az-ın məlumatına görə, bu barədə 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas müəssisələrinə tələbə qəbulu və ümumitəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinin elmi-statistik təhlili hesabatında qeyd edilib.

Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 46.4 faizi imtahandan “2”, 18.4%-i “3”, 23.6%-i “4”, 11.7%-i isə “5” qiymət alıb.

Ötən il bu göstəricilər, uyğun olaraq, 48.7%, 18.4%, 22.9%, 10.0% olub. Göründüyü kimi, bu il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” qiymət alanların faizi dəyişməmiş, “4” və “5” qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların topladıqları balların 29.7%-ni “3”, 42.7%-ni “4”, 21.0%-ni isə “5” qiymət alanlar təşkil edib. Digər ki, ildə bu göstəricilər, uyğun olaraq 32.9%, 44.4%, 19.1% olub.

V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin 5.2%-nin topladığı bal 20-dən aşağıdır. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul olan abituriyentlər arasında 25-dən az bal toplayan yoxdur.

Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir.

Məlum olduğu kimi, cari ildə abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər. Eyni ixtisas qrupu üzrə hər iki imtahanda iştirak edən abituriyentlərin imtahan nəticələri təhlil olunarkən belə məlum olub ki, abituriyentlərin ikinci imtahandakı nəticələri birinci imtahandakı nəticələrindən nisbətən yaxşı olub və bu imtahanların hər ikisində iştirak edən abituriyentlərin nəticələri arasındakı fərqin orta qiyməti 2.66 bala bərabər olub.

Abituriyentlərin təxminən 69-70%-nin bu iki imtahanda əldə etdikləri nəticələri arasındakı fərq 50 baldan, 93-94%-nin isə 100 baldan aşağı olub. Qeyd edək ki, nəticələr arasındakı korrelyasiya əmsalı 0.94-ə bərabər olub.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar