Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Son illərin ən pis göstəricisi: Builki yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı

Tarix: 31-05-2019 21:28     Baxış: 4347 A- / A+
Son illərin ən pis göstəricisi: Builki yaz qəbul imtahanlarında 700 bal toplayan olmadı


Mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edilib.

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, sözügedən qruplar üzrə 1 nəfər belə maksimum nəticə göstərə bilməyib.

Manevr.az azedu.az-a istinadən xatırladır ki, ötən il yaz qəbul imtahanlarında I və II ixtisas qrupları üzrə 4, III ixtisas qrupu üzrə 5, IV ixtisas qrupu üzrə 1 abituriyent, ümumilikdə 10 nəfər 700 ballıq nəticə göstərib.

Builki göstəricilərə görə, qəbul imtahanlarının I mərhələsində ( buraxılış imtahanı) 4 nəfər, ixtisas qrupları üzrə imtahanda isə ümumilikdə cəmi 1 nəfər ( I ixtisas qrupu üzrə) maksimum bal toplaya bilib.

I ixtisas qrupu üzrə 400 bal toplayan abituriyentin qəbul imtahanlarının I mərhələsində (buraxılış imtahanı) göstərdiyi nəticə 265-dir.

Qəbul imtahanlarının I mərhələsində isə (buraxılış imtahanlarında) maksimum bal (300 bal) toplayan 4 nəfərdən heç bir abituriyent II mərhələdə bütün sualları düzgün cavablandıra bilməyib.

Bir sözlə, 2019-cu ilin yaz qəbul imtahanlarında ümumilikdə 1 abituriyent belə 700 ballıq nəticə göstərməyib.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında həyata keçirilir. Bu il buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənir və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar