Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavini: "Bəzi müəllimlərin psixoloji problemləri var"

Tarix: 30-05-2019 11:58     Baxış: 4366 A- / A+
Nazir müavini: "Bəzi müəllimlərin psixoloji problemləri var"


"Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur və bunun da obyektiv, subyektiv səbəbləri var".


Manevr.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

Nazir müavini bildirib ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var:
"Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlaar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa gələcək inkişaflarında problem ola bilər".

O qeyd edib ki, məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz:
"Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən bu kimi gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər".

F.Qurbanov əlavə edib ki, təhsil sahəsində aparılan islahatlar bir çox məsələlərlə əlaqəlidir:
"10 ildən sonra dünyada mövcud ixtisas və peşələrin 80 faizinə ehtiyac olmayacaq. Hansı sahə daha çox inkişaf edəcək o sahələrə görə də qərarlar veriləcək. Bu da iqtisadi strategiya ilə əlaqəlidir. Təhsil sistemi elə baza bilikləri verməlidir ki, gənclərimiz o bazanın biliklərinə yiyələnə bilsinlər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar