Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu abituriyentlər kolleclərə imtahansız qəbul ediləcəklər

Tarix: 17-05-2019 16:00     Baxış: 4491 A- / A+
Bu abituriyentlər kolleclərə imtahansız qəbul ediləcəklər


Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydalarına dəyişikliklərin edilməsi təklif edilir.

Manevr.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında” qanuna dəyişikliklərdə əksini tapıb.

Qanunun hazırkı variantına əsasən, bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, müsabiqə yolu ilə həyata keçirilir.

İstisnanın nəzərdə tutulduğu həmin maddəyə (26.5-ci) görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Təklif edilən yeni dəyişiklikdə isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin də orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunması təklif edilir. Hazırda bu kateqoriyadan olan abituriyentlər ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.

Yeni dəyişikliklərə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələri ilə yanaşı, orta ixtisas müəssisələrinə də müsabiqədənkənar qəbul olunacaqlar.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar