Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün imtahana buraxılmayan abituriyentlərin sayı açıqlanıb

Tarix: 12-05-2019 18:30     Baxış: 3264 A- / A+
Bu gün imtahana buraxılmayan abituriyentlərin sayı açıqlanıb

"Hər bir abituriyent imtahan keçirilən binaya gələrkən özü ilə şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini gətirməlidir. Şəxsiyyəti təsdiq edən sənədlər dedikdə şəxsiyyət vəsiqəsi, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti və ümumvətəndaş pasportu nəzərdə tutulur".

Bunu bu gün I və IV qruplar üzrə keçirilmiş qəbul imtahanı ilə bağlı sualları cavablandıran Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adgözəl Həbibov bildirib.

A. Həbibov deyib ki, həmin sənədlərdən hər hansı biri olmadıqda abituriyent imtahan keçirilən binaya buraxılmır: "Bu gün keçirilən imtahanda doğum şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin sürətləri, yaxud sürücülük vəsiqəsi ilə imtahan keçirilən binaya yaxınlaşanların şahidi olduq. Bunun bizim tərəfdən qəbul edilməsi mümkün deyil. O cümlədən imtahan başladıqdan sonra imtahan keçirilən binaya gələnlər olub. İmtahana buraxılış vərəqəsində hər bir abituriyentin imtahana gəlmə vaxtı göstərilir. Amma təəssüf ki, abituriyentlər buna çox etinasız yanaşırlar. Bu ildən imtahan binasına buraxılış imtahanın başlamasına 15 dəqiqə qalmış yekunlaşır. Abituriyentlər çox zaman bunu gözləyirlər və bu da imtahan keçirilən binanın qarşısında böyük yığılmaya səbəb olur. Halbuki buraxılış rejimi üçün nəzərdə tutulan vaxt bu və ya digər prosedurların həyata keçirilməsi üçün nəzərdə tutulub. Bu dəfə imtahana gecikən 15-ə yaxın abituriyent imtahan binasına buraxılmayıb. Sənədlərində çatışmazlıq olan bu civarda abituriyent də imtahana buraxılmayıb".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar