Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi

Tarix: 29-04-2019 16:22     Baxış: 3212 A- / A+
Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verildi


“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib.

Manevr.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə olimpiadanın birinci mərhələsi bu gün Bakı Mühəndislik Universitetində keçirilib.

Respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, eləcə də, Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il Olimpiadada fəallığı ilə seçilib.

Artıq 13 ildir keçirilən olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada (“ACM/ICPC”) qaydaları”na uyğun olaraq təşkil edilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda isə qalib elan edilir.

Bu il üzrə qaliblər (I-IV yerlər) “Azercell Telecom” və “BestComp Group” MMC-nin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.

Məlumat üçün bildirək ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Olimpiadanın final mərhələsi mayın 4-ü İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar