Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rus bölməsində təhsil ödənişli olacaq?

Tarix: 26-04-2019 18:53     Baxış: 3379 A- / A+
Rus bölməsində təhsil ödənişli olacaq?

Nadir İsrafilov: “ “Təhsil haqqında” Qanunda olan bir sıra boşluqlar problemi həll etməyə mane olur”

Azərbaycan vətəndaşları övladlarını orta ümumtəhsil məktəblərinin rus bölməsində oxumasında daha maraqlıdır. Ekspertlər düşünürlər ki, bu tipli təhsil ocaqlarına maraq 6 faiz artıb. İnsanlarımız rus dilinə böyük maraq göstərirlər. Mediada cə sosial şəbəkələrdə bu məsələ vaxtaışır müzakirə olunur. Bir sıra ekspertlər rus bölmələrinin ləğvini təklif edirlər. Bunun əksini düşünənlər də var. Onlar hesab edir ki, rus bölmələrində tədrisin keyfiyyəti daha yüksəkdir.

Məsələ ilə bağlı cebhe.info-ya açıqlama verən Nadir İsrafilov bu problemə çarə tapılması çətin prosesdir: “Bu məsələni həll etmək mümkünsüz görünür. Təhsildə haqqında qanunda olan bir sıra boşluqlar problemi həll etməyə mane olur. Hərə bir şey təklif edir: Deputat deyir ki, məktəblərdə rus bölməsi ödənişli olmalıdır. Başqa biri deyir ki, rus bölməsi varsa, ingilis bölməsi də olmalıdır. Bu baxımdan, hər hansısa qərarı vermək çox çətin olur”.

Təhsil eksperti hesab edir ki, rus dilinin tədris olunması Azərbaycanın maraqlarına xidmət edir: “Ukrayna rus dilindən imtina edib, Gürcüstan ümumiyyətlə, bundan istifadəyə qadağa qoyub. Bu ölkələr Rusiya ilə siyasi baxımdan gərginlik yaşayırlar. Bu səbəbdən də belə qərarlar veriblər. Azərbaycanın Rusiya ilə münasibətləri hər zaman normal və stabil olub. Buna görə də bizim bu dildən imtina etməyimiz birmənalı qarşılanmaz”.

Nadir İsrafilov valideynlərin rus dilli məktəblərə marağının artmasını da münasibət bildirib: “Bu, seçim məsələsidir. Heç kəsə demək olmaz ki, övladını ora yox, bura qoy. Amma müəyyən şəxslər var ki, sırf görük üçün övladlarını rus bölməsi məktəblərə yazdırırlar. Bu, düzgün yanaşma deyil. Təhsil Nazirliyi bununla bağlı imtahan keçirir. Uşaqları məktəblərə götürməzdən öncə yoxlanış edir ki, burada şagird ola bilər, ya yox. Bu proses rus sektoru məktəblərinə şagird axınının qarşısını alır”.

Ekspert rus və Azərbaycan bölmələri arasındakı səviyyə fərqinin aradan qaldırılmasının mümkünlüyünü də bildirib: “Bir sıra şəxslər təklif edir ki, buradakı şagirdlərə 5-ci sinifə kimi ana dili tədris olunmasın. Bu, yanlış qərardır. O yaşdan sonra uşağa yeni dil kimi ana dilini öyrətmək mümkün deyil. Çarə hər iki bölmənin uşaqlarına həm rus, həm də Azərbaycan dilini 5-ci sinifə kimi eyni qaydada öyrətməkdir. Bundan sonra biri əsas, ikincisi isə əlavə kimi tədris olunmalıdır. Bu zaman şagirdlər arasında fərq aradan qalxacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar