Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı - ŞƏKİLLƏR

Tarix: 23-04-2019 18:38     Baxış: 4886 A- / A+
Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı - ŞƏKİLLƏR


Səbail rayonu, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi ölkədə ciddi müzakirələrə səbəb oldu. Bu hadisə bir daha göstərdi ki, ölkənin əksər məktəblərində təlim-tərbiyyə, psixologi hazırlıq zəifdir və təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var.

Hadisədən günlər sonra Təhsil naziri Ceyhun Bayramov direktorların iştirakı ilə toplantı keçirərək rəhbərlik etdikləri təhsil ocaqlarında nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunması tapşırığını verdi.

Bu arada məktəblərdə pəncərələrə dəmir barmaqlıqların quraşdırılması barədə xəbərlər yayılsa da nazirlik rəsmiləri bunu təkzib etdi. Amma bizimxeber.az-a daxil olan məlumata görə, dəmir barmaqlıqların quraşdırılması məsələsi gülüş hədəfinə çevrildikdən sonra nazirlik "B” planını işə salıb. Məlumata görə, nazirlikdən direktorlara tapşırıq verilib ki, yuxarı mərtəbələrdəki bütün pəncərələr bağlansın və tutacaqlar çıxarılsın. Yəni ki, heç bir uşaq pənəcərələri aça bilməsin.

Məlumata görə, artıq əksər məktəblərdə bu qaydalar tətbiq edilib. Elə isə ortaya maraqlı sual çıxır? Bu qərarı verənlər görəsən məktəblərdəki hansısa Fövqəladə vəziyyətləri fikirləşiblərmi? Fövqəladə Hallar Nazirliyinin aidiyyatı şəxsləri bu qaydaların tamamilə qanuna zidd olduğu barədə direktorları məlumatlandırıblarmı?

Sabah hər hansı məktəbdə yanğın, tüstüləmə və diğər fövqəladə vəziyyət baş verərsə pəncərə tutacaqlarının olmaması daha ciddi fəsadlar yaratmayacaq ki? Odur ki, FHN rəsmiləri direktorların bu addımına qarşı hansısa addım atsa daha yaxşı olar.

Məlumat üçün bildirək ki, pəncərə tutacaqları çıxarılan məktəblərdən biri də Buzovnadakı 26 saylı orta məktəbdir. Tutacaqlar məktəbin direktor müavininin otağında saxlanılır. Pəncərələr hətta məktəbdəki təmizlik işləri zamanı belə açılmır.

Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı - ŞƏKİLLƏR

Məktəblərlə bağlı daha bir gülünc qərar: pəncərə tutacaqları çıxarıldı - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar