Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur”

Tarix: 13-04-2019 10:34     Baxış: 3487 A- / A+
“İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur”


Aprelin 7-si buraxılış imtahanlarından sonra sualların sosial şəbəkədə yayılması geniş müzakirələrə səbəb olub. DİM-isə açıqlamasında belə hallara yol verən şagirdlərin barkodlar vasitəsilə asanlıqla müəyyən edildiyini və onların imtahan nəticələrinin ləğv olunacağını qeyd edib.

Manevr.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə mövzu ilə bağlı paylaşım edib:

"İmtahan suallarının, kitabçaların imtahandan sonra açıqlanması qanun pozuntusudurmu?

DİM rəsmisi bildirib ki, sual kitabçasının, əvvəlki imtahan tapşırıqlarının sosial şəbəkələrdə paylaşılması ciddi qayda pozuntusudur. Qurum bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirib.

Düşünürəm ki , DİM-in bu problemin həllinə yanaşması qüsurludur. Mən şəxsən bilirəm ki, elə kurslar, repetitorlar var ki , şagirdlərinə, sadəcə, fərqli imtahan suallarını yadda saxlamağı tapşırırlar.

Və imtahandan sonra artıq bütün suallar bəlli yerlərdə olur. Düşünmürəm ki burada hansısa qanun pozuntusu var. Əminəm ki , DİM imtahan verənlərə də sualları yadda saxlamağı qadağan etməyəcək. Belə olan halda, fikrimcə, DİM problemin həlli üçün fərqli yol düşünməlidir.

Əslində , bildiyim qədər DİM belə də edir. Yəni, tam fərqli tapşırıqlardan istifadə olunmalıdır.
Müxtəlif vaxtlarda keçirilən eyni tip imtahanlara DİM tərəfindən eyni sualların salınacağını gözləmək sadəlövhlük olardı. Bildiyim qədər tam fərqli suallardan da istifadə olunur. Belə olan halda, düşünürəm ki yuxarıdakı açıqlamaların da yeri yoxdur.

Güman ki, DİM, sadəcə, kommersiya baxımından sualların yayılmasında maraqlı deyil. Düşünürəm ki, DİM-in test bazasını genişləndirməsi daha doğru olardı. Dövlət vəsaiti hesabına əldə olunun, artıq bir dəfə istifadə olunan test tapşırıqlarından başqa qurumların və abituriyentlərin istifadəsinə DİM-in tolerant yanaşması daha doğru olardı".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar