Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Kərim Tahiroğlu: “Təhsilə geniş prizmadan baxılmır”

Tarix: 26-03-2019 12:31     Baxış: 2300 A- / A+
Kərim Tahiroğlu: “Təhsilə geniş prizmadan baxılmır”


“Mən gənc müəllimlərimizin öz miqyaslarında təhsil ilə bağlı hər cəhd və çalışmalarını çox yüksək qiymətləndirirəm.


Gördüyünüz işləri əlbəttə kiçiltmək istəmirəm, amma reallığı görməzlikdən gələ bilmərik. Reallıq isə odur ki, sizin gördüyünüz işlər dəryada damladır, kiçik bir qığılcımdır. Siz gənc və fədakar müəllimlərin gördüyü işlər böyük bir işin parçası deyil, pərakəndə əməyin məhsuludur. Əgər kənardan bir dəstək olmayacaqsa, gördüyünüz işlərin də əhatə dairəsi dar, nəticəsi epizodik olacaqdır. Necə deyərlər bir gül ilə bahar olmaz. Təəssüflər olsun ki, təhsil ilə bağlı real və işlək strategiyamız yoxdur. Olan və təqdim edilən şey isə gözəl söz yığınından başqa bir şey deyil. Və onun da heç bir praktiki nəticə və faydası yoxdur. Əksini iddia edə bilməzsiniz. Bu bir faktdır ki, təhsil və onunla bağlı problemlərimiz kökündən həll olunmur.

Təhsilə geniş prizmadan baxılmır, təqdim edilən konsepsiyalar lokal xarakter daşıyır. Əgər elə olmasaydı, məktəblərimiz şagirdlərimizə əzbərçiliyi öyrətməzdi. Əgər elə olmasaydı, repetitorluğa ehtiyac qalmazdı. Əgər elə olmasaydı ali məktəbin məzunları günün tələblərinə cavab vermədiyinə görə uzun müddət işsiz qalmazdı. Siyahını uzada da bilərəm. Əlbəttə tək-tük misal göstərib əks arqumentlərı qarşımıza qoya bilərsiniz. Amma fakt faktlığında qalır ki, istisnalar qaydaları pozmur. Odur ki, tək-tük hallar da reallığı dəyişdirmir. Reallıq isə dediyim kimi, təhsilimizin hazırda yerlə sürünməsidir. Bax elə buna görə də, təhsillə bağlı yazılanlar əksəriyyətin diqqətini cəlb etmir, insanlara maraqlı gəlmir.

Təhsil xəbərlərinin insanlarımızın diqqətini çəkməməsinin səbəblərindən biri də yenə də təhsilsizlikdir. Cahil və savadsız olan insanları ancaq bayağı xəbərlər maraqlandırır. Uzun sözün qısası təhsilimiz ağlar günə qalıb. Daha doğrusu onu ağlar günə qoyublar…”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar