Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Bizim belə bir elm yarışında iştirak etməyimiz təqdirəlayiqdir"

Tarix: 25-03-2019 12:11     Baxış: 3332 A- / A+
"Bizim belə bir elm yarışında iştirak etməyimiz təqdirəlayiqdir"

Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” Səkkizinci Respublika Müsabiqəsinin yekunları haqqında əmr imzalayıb. Münsiflər heyəti tərəfindən seçilən qaliblərin siyahısı, habelə 2019-cu ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı da təsdiq olunub. ABŞ-a gedəcək şagirdlərin yol xərcləri İntel Fondu tərəfindən qrant hesabına və bir qismi Azərbaycan Təhsil Nazirliyi tərəfindən müsabiqə üçün nəzərdə tutulmuş xərclər hesabına ödəniləcək.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov moderator.az-a açıqlamasında bilikli gənclərimizə göstərilən bu cür qayğının alqışa layiq olduğunu bildirdi:

“Əlbəttə ki, bizim elm yarışında iştirak etməyimiz təqdirəlayiqdir. Burda bizim səkkiz şagirdimiz xaricə gedərək müsabiqədə iştirak edəcək. Onlara da uğurlar diləyirik və arzu edirik ki, onlar medallarla ölkəmizə qayıtsınlar. Bunun çox böyük ictimaiyyəti əhəmiyyəti var. Mətbuatda bilikli uşaqların dövlətin diqqət və qayğısında olmasıyla bağlı məlumar yayılacaq. Bu digər gənclərimizə də nümunə olacaq və onlar da çalışacaq ki, özlərini bu cür bilikli gənclərimizə bənzətsinlər. Həm də ki, bizim o şagirdlərimizin dünya görüşü artacaq və gələcəkdə dövlətimizin inkişafına onların rolu olacaq”.

Qeyd edək ki, 2019-cu il 12-14 fevral tarixlərində Bakı şəhərində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi keçirilib. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Şəki, Mingəçevir, Şirvan, Lənkəran, Cəlilabad, Balakən, İsmayıllı, Qax, Xaçmaz və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Elektron qeydiyyatdan keçirilmiş 225 layihədən müsabiqədə 187 layihə ilə 311 şagird iştirak edib. Bu layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələr olub. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 50 layihə üzrə 84 şagird, o cümlədən I yerə 8 layihə üzrə 14 şagird, II yerə 17 layihə üzrə 28 şagird, III yerə 25 layihə üzrə 42 şagird layiq görülüb. Qaliblər sırasından İntel İSEF-də iştirak etmək üçün 5 layihə (8 şagird) seçilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar