Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi

Tarix: 12-03-2019 15:07     Baxış: 3358 A- / A+
Ceyhun Bayramov yeni rektoru kollektivə təqdim etdi


Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.

Manevr.az xəbər verir ki, rektoru kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Elçin Babayevi rektor təyin olunması münasibətilə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

BDU-nun yeni rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq etimada görə İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavinidir.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar