Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq

Tarix: 01-03-2019 11:45     Baxış: 3788 A- / A+
Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq


Azərbaycanın ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlərin hazırlanması planlaşdırılır.

Manevr.az bildirir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" adlı layihənin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün "Açıq İnnovasiya" konsepsiyasının hazırlanması da nəzərdə tutulur.

Nazir müavini hesab edir ki, bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.

F.Qurbanov əlavə edib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilir.

Qeyd edək ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur.

Həmçinin ali təhsil sistemində milli koordinasiya modelinin tətbiq olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla, üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar