Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda universitet müəlliməsi rüşvətdə təqsirləndirilir

Tarix: 26-02-2019 12:24     Baxış: 4283 A- / A+
Bakıda universitet müəlliməsi rüşvətdə təqsirləndirilir


Bakıda dələduzluq və rüşvət vermədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Manevr.az xəbər verir ki, hər iki şəxs barəsində toplanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü Tabil Paşayev saxlanılıb.

Tabil Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Məlum olub ki, Tabil Paşayev Xəzər rayon Qala qəsəbəsində gizlənib və o, tutularaq istintaqa təhvil verilib.

Onunla eyni ittiham üzrə təqsirləndirilən Arifə Hacıyeva isə paytaxtda əvvəllər universitet müəlliməsi olub.

Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar