Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu universitetdə tələbələr 200 manat təqaüd alır

Tarix: 25-02-2019 22:31     Baxış: 3304 A- / A+
Bu universitetdə tələbələr 200 manat təqaüd alır

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dövlət sifarişi ilə təhsil alan, əlavə təqaüdlərlə təmin olunan tələbələrin sayının artması dövlətimizin aqrar sahənin, aqrar təhsilin inkişafına diqqətinin təzahür formalarından biri kimi qiymətləndirilir.
Universitetdən azedu.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ilində kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq universitetə qəbul olan tələbələrin hər birinə ayda 200 manat, 400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüd verilir. Qeyri-kənd təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə isə ayda 120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd verilir. Bütövlükdə cari tədris ilində universitetə qəbul olan 1292 tələbənin 879-u dövlət sifarişi əsasında qəbul olunub ki, bunun da 843-ü kənd təsərrüfatı ixtisaslarını əhatə edir. Əlavə təqaüdlərlə təminatın davamlı olması isə tələbələrin imtahan sessiyalarında göstərdiyi nəticələrdən asılıdır.

Əlavə təqaüdlə təmin olunan tələbələrin imtahan sessiyasının yekunlarına həsr olunan görüşdə rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək tələbələrin göstərdiyi nəticələr, qarşıda duran vəzifələr barədə danışıb. Rektor qeyd edib ki, dövlətimizin aqrar təhsilə qayğısının əsas isiqamətlərindən biri kimi universitetə yüksək balla qəbul olan tələbələrin imtahan sessiyasında da əla nəticələr əldə etməsi bizi sevindirir, aqrar sahənin rəqabət qabiliyyətli kadrlarla təminatına əlverişli zəmin yaradır. Rektor tövsiyə edib ki, tələbələr qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələri təhsil aldıqları müddətdə, imtahan sessiyalarında, məzun olduqdan sonra istehsalatda təsdiq etməlidirlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar