Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin biabırçı Feysbuk yazışmaları - Ekspert

Tarix: 20-02-2019 09:03     Baxış: 3428 A- / A+
Müəllimlərin biabırçı Feysbuk yazışmaları


Son vaxtlar Azərbaycan dilinin saflığının qorunması üçün dövlət səviyyəsində bir sıra mühüm addımlar atılır. Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamları bunun əyani sübutu kimi göstərmək olar. Lakin əksər gənclərimizin, vətəndaşlarımızın istifadə etdiyi sosial şəbəkələrdə dil normaları kobud şəkildə pozulur.

Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı kult.az-a açıqlama verən AMEA Dilçilik İnstitutunun böyük elmi işçisi Şahlar Məmmədov bildirib ki, doğrudan da sosial şəbəkələrdə vəziyyət acınacaqlıdır.

“Burada dilimizin imkanlarından yetərincə istifadə olunmur. Ədəbi dil normaları kobud surətdə pozulur. Sosial şəbəkədə ədəbi dil normalarının kobud surətdə pozulması halları istifadəçilərin dilə yalnız ünsiyyət vasitəsi kimi yanaşması ilə bağlıdır. İstifadəçi işini bununla bitmiş hesab edir. Yazdığı statuslarda və ya şərhlərdə yol verdiyi dil xətalarının məsuliyyətini hiss etmir, halbuki dilin qaydalarına riayət etmək hər kəsin borcudur. Bu dilin təəssübünü çəkmək hər bir azərbaycanlıdan həm də vətəndaşlıq mövqeyi tələb edir. Dil millətin milli və mənəvi varlığını şərtləndirir. Dövlət rəmzlərimiz olan bayraq, himn, gerb bizim üçün nə anlama gəlirsə, dövlət dili də o anlama gəlir”, - alim bildirib.

Ş.Məmmədovun sözlərinə görə, sosial şəbəkədə yersiz əcnəbi söz və ifadələrdən istifadə etmək, orfoqrafik və qrammatik normanın tələblərini kobud surətdə pozmaq, danışdığı kimi yazmaq artıq adi hala çevrilib:

“Bəllidir ki, dilin və cəmiyyətin inkişafı təfəkkür səviyyəsi ilə ölçülür. Sosial şəbəkə cəmiyyətin güzgüsü, eyni zamanda dilimizə münasibətin göstəricisidir. Etiraf etməliyik ki, cəmiyyətin dilə sevgisi, dil təəssübkeşliyi yetərincə deyil”.

Şahlar Məmmədov ədəbi dilin normalarının sosial şəbəkələrdə təhsil işçiləri tərəfindən də kobud şəkildə pozulduğunu etiraf edib:


“Unutmamalıyıq ki, müəllimlərimizin virtual məkanda yol verdiyi dil qüsurları diqqəti daha çox cəlb edir, dilə sadəcə ünsiyyət vasitəsi kimi baxan naşı istifadəçilər üçün tədricən “nümunə”yə çevrilir, halbuki dilin saflığı, tətbiqi, təbliği məsələsində müəllimlərimiz daha həssas və məsuliyyətli olmalıdırlar. Təəssüf ki, internet resurslarında bunun əksini müşahidə edirik. Nümunə üçün Feysbukda dil qüsurları ilə bağlı “Riyaziyyat müəllimləri” qrupundakı statuslara baxmaq kifayətdir:

“10 nomreli tapsiriq zehmet olmasa”;

“Bunun helleri kimde var qapali suallarin helleri”;

“19 ve 20nomreli tapşırıqların helline komek ederdiz zehmet olmasa”;

”Salam ruski sektr riyaziyyat müəllimi üçün vakant yer var”;

”Sinaq suallari var Atsam yoxlaya bilərsiz?”;

“Wah elmın oyredıcılerıne, sevımlı hemkarlarım rıyazıyyat muellımlerıne salamun eleykum deyıb, xeyırlı, ıwqlı, wanslı gun arzu edırem”;

“Salam, kimde 9 və 11 ci sinif 6ci ksqler var? Xahiş gondere biler?..

Müəllimlərimiz gün ərzində səhvlərlə dolu yüzlərlə belə status paylaşırlar. Fikrini düzgün ifadə edə bilməyən müəllim necə sağlam və savadlı nəsil yetişdirə bilər? Müəllim “lütfən”, “varsa”, “göndərin” əvəzinə “xahiş göndərə bilər?” şəklində yazırsa, buna nə ad vermək olar?”

Ekspert qeyd edib ki, ucqar bölgələrimizdə ədəbi dildə danışan müəllimlərimizin sayı o qədər də çox deyil. Məktəblərimizdə müəllim və şagirdlərin yerli şivəyə uyğun danışması da virtual məkanda dil proseslərinə mənfi təsir göstərir:

“Virtual məkanda auditoriya çox genişdir, bizi nəinki gənclərimiz, hətta başqa ölkənin Feysbuk istifadəçiləri də izləyir, yazdıqlarımızı görürlər. Biz yazdığımız status və şərhlərlə həm özümüz, həm də ölkəmiz haqda müəyyən rəy formalaşdırırıq. Niyə bəzi istifadəçilərimiz latın qrafikalı Azərbaycan əlifbasında yazmırlar? Dilimizin güclü dillər tərəfindən sıxışdırıldığı bir vaxtda əlifbamızda olmayan hərflərin yazıya gətirilməsinə göz yummaq və buna texniki məsələ kimi baxmaq olmaz”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar