Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib"

Tarix: 14-02-2019 14:58     Baxış: 4280 A- / A+
"70-ə yaxın ixtisas birləşdirilib və ya ləğv edilib"


Nazirlər Kabinetinin yeni qərarı ilə mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.

Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı sonuncu dəfə 2009-cu ildə təsdiq edilmişdi.

Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayının azaldığını deyən Y.Piriyev qeyd edib ki, qaydalar əsasında yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq. Yeni bakalavr ixtisasları üzrə ilk buraxılış 2024-cü ildə olacaq:

"İxtisasların ləğv olunması məzunlara heç bir təsir göstərməyəcək. Onlar yalnız yeni ixtisaslar, yeni təhsil məzmunu əsasında kadr kimi hazırlanacaqlar. Ləğv olunmuş ixtisaslar üzrə təhsil alan tələbələrin akademik borclarının ləğv edilməsi ilə bağlı da heç bir problem olmayacaq".

Y.Piriyev əlavə edib ki, yeni ixtisaslar dünyada qəbul olmuş standartlara uyğundur.

Onun sözlərinə görə, qərara uyğun olaraq, bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatında bəzi ixtisasların adları dəyişdirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar çıxarılıb.(trend)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar