Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir müavini: "Gənclərin elmə marağının artırılması üçün imkanlar genişləndirilir"

Tarix: 12-02-2019 16:42     Baxış: 4301 A- / A+
Nazir müavini: "Gənclərin elmə marağının artırılması üçün imkanlar genişləndirilir"


"Azərbaycan gənclərinin tədqiqatçılıq bacarığının, elmə marağının artırılması, xarici dillər öyrənməsi üçün imkanlar genişləndirilir".

Manevr.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Sabahın alimləri" VIII Respublika müsabiqəsinin açılış mərasimində çıxış edən zaman deyib.

M.Vəliyevanın sözlərinə görə, gənclərin ixtisaslı kadr kimi yetişməsi üçün tədbirlər həyata keçirilir.

Azərbaycan gənclərinin ictimai-siyasi həyatda fəal iştirak etdiyini deyən nazir müavini əlavə edib ki, gənclərin potensialının düzgün istiqamətləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətidir:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib".

M.Vəliyeva "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğunu vurğulayıb. Nazir müavini nəzərə çatdırıb ki, ölkəmizdə səkkizinci dəfə keçirilən "Sabahın alimləri" müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir.

Nazir müavini müsabiqədə iştirakın şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərdiyini qeyd edib. Belə ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub.

Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar