Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi

Tarix: 11-02-2019 08:59     Baxış: 5366 A- / A+
Kimlər gənc alim hesab olunacaq? - Yaş dəqiqləşdirildi


Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.


Manevr.az trend-ə istinadən bildirir ki, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.


"Gənclər siyasəti haqqında" qanunun hazırkı varinatına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Qanunda hansı yaşdan olan şəxslərin gənc alim hesab edilməsi isə dəqiqləşdirilməyib.

Yeni layihədə gənclik yaşı, eyni zamanda gənc ailə anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin gənc alim hesab edildiyi əlavə edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar