Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
14-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsildən imtina edən bakalavrlar hansı halda yenidən ödənişsiz təhsil ala bilərlər? – Rəsmi cavab

Tarix: 25-01-2019 18:20     Baxış: 3246 A- / A+
Təhsildən imtina edən bakalavrlar hansı halda yenidən ödənişsiz təhsil ala bilərlər?

Ötən tədris illərində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul üçün keçirilən imtahanlarda dövlət sifarişli ixtisaslara qəbul olunub, lakin imtina edən şəxslər bu il yenidən ödənişsiz əsaslarla təhsil ala bilərlər.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Magistratura üzrə sektorunun müdiri Məhəbbət Əkbərli məlumat verib.

Məlumatda qeyd olunub ki, ötən tədris illərində magistraturaya qəbul imtahanlarında iştirak edib, istər ödənişli əsaslarla, istərsə də dövıət sifarişli ixtisaslara qəbul olunub, lakin imtina edən şəxslər cari ildə də ödənişsiz əsaslarla təhsil ala bilərlər. Çünki belə olan halda, tələbə maliyyə vəsaitindən istifadə etmir və istədiyi vaxt həmin vəsaitdən ümumi keçid balını topladığı halda yararlana bilər.

Sektor müdirinin sözlərinə görə, bakalavriatura və ya magistratura üzrə birinci dəfə ödənişli təhsil alan şəxslər, ikinci dəfə eyni səviyyə üzrə ödənişsiz təhsil ala bilərlər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün bakalavrların qeydiyyatı 2019-cu il 1 - 11 fevral tarixlərini əhatə edəcək. İmtahanın birinci mərhələsi fevralı 24-də, ikinci – ixtisas imtahanı isə mayın 26-da keçiriləcək.azedu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar