Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəblərin reytinq göstəriciləri - Nazirlik açıqladı

Tarix: 24-01-2019 11:34     Baxış: 3272 A- / A+
Məktəblərin reytinq göstəriciləri - Nazirlik açıqladı


“Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var. Onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük”.

Manevr.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir:
“Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır. Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşdiriləcək”.

O bildirib ki, bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər:
“Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək.

Əgər müəllim dərsə yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli proseslərin formalaşmasına kömək etməyəcək. 21-ci əsrin vacib bacarıqları arasında, şagirdlərdə başqaları ilə ünsiyyət, vaxtında və düzgün qərar vermə, yeniliklərə açıq olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən aldığı məlumatı mənimsəyib yenidən təqdim etmə bacarığı formalaşdırılmalıdır. Şagirddə tədqiqatçılıq bacarığı olmalıdır və o, sadəcə bir kitab, nağılla kifayətlənməməlidir ki, bunun üçün müəllimdən böyük yaradıcılıq tələb olunur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar