Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şagirdlər və valideynlərə şad xəbər: pulsuz “video dərs”lər başladı

Tarix: 22-01-2019 11:56     Baxış: 3342 A- / A+
Şagirdlər və valideynlərə şad xəbər: pulsuz “video dərs”lər başladı

Dövlət İmtahan Mərkəzi sosial yönümlü yeni bir layihəyə start verib. Belə ki, artıq fənlər və V-VII sinifdən başlayaraq dərsliklərdə olan mövzular səsli formada – videomaterial, illüstrasiya, fotoşəkil və müxtəlif vasitələrdən istifadə etməklə “video-dərs” formasında təqdim olunacaq.


Manevr.az
xəbər verir ki, DİM-dən verilən məlumata görə, yeni “video-dərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq. Həmçinin valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilərlər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq.

Layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V-VII siniflərdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “video-dərs” formasında hazırlanacaq. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunacaq. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ­camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə et­məyə imkan verəcək.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Dərsliklərdəki materialların vizuallaşdırılması təkcə nəzərdə tutulan bilik və bacarıqların formalaşdırılmasına deyil, ümumilikdə fənnə maraq oyatmağa da yardımçı ola bilər. Video-çarxlarda mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir və beləliklə motivasiya yaradılır.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdiriləcəkdir. Artıq ingilis dili fənni üzrə V, VI, VII sinfə aid materiallar əsasında “video-dərs”lər kanala yerləşdirilimişdir. Fizika fənni üzrə materialların hazırlanması da yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

“Video-dərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.

DİM-dən bildirilib ki, sadalanan müsbət cəhətlərinə baxmayaraq, yeni proqram əsasında ilk dəfə hazırlanan bu “video-dərs”ləri tam mükəmməl hesab etmək olmaz.

İrad və təkliflərinizi info@dim.gov.az ünvanına göndərə bilərsiniz.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar