Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərovun məqaləsi dünyanın məşhur elmi jurnalında

Tarix: 14-01-2019 12:24     Baxış: 4303 A- / A+
Şahlar Əsgərovun məqaləsi dünyanın məşhur elmi jurnalında

ABŞ -ın Management Studies jurnalı sabiq millət vəkili, professor Şahlar Əsgərovun"The Study of the Market Economy Problem by the Method of Econophysics" adlı məqaləsini çap edib.

Manevr.az
xəbər verir ki, professor bu barədə şəxsi feysbuk hesabında məlumat yayıb. O, məqalənin "Nəticələr" hissəsini oxuculara təqdim edib:

"Müəyyən edilib ki, rəqabət aparan firmaların sayı artdıqca bazar strukturlarının növləri dəyişir.

Mükəmməl monopoliyadan mükəmməl rəqabətə keçidin etapları belə təmsil edilir: təmiz monopoliya, duopoliya, oligopoliya, qeyri-mükəmməl rəqabət, mükəmməl rəqabət. Bazarın quruluşu dəyişdikcə, sistemin çıxış xarakteristikasının zamandan asılılığı da dəyişir. Bu asılılıq təmiz monopoliyada düz xətli, mükəmməl rəqabətədə isə qeyri-düz xətli olur.

Göstərilib ki, tərəqqi üçün istehsal sürətinin zamandan asılılığı qeyri-düz xətli olması vacibdir. Başqa sözlə, xətti İ (t) asılılığı qeyri-xətti olmalıdır və ya qeyri-xətti şəkildə dəyişilməlidir. Bunun üçün (1) düsturunda olan mütənasiblik əmsalı b zamandan asılı olaraq artmalıdır. Bu tərəqqi üçün kafi şərtdir.

Tərəqqiyə nail olmaq üçün eyni məhsul istehsal edən (xidmət göstərən) bir neçə (birdən çox) firmanın bir araya gəlməsi vacibir. Bu rəqabət aparan şirkətləri mürəkkəb sistem halına gətirir və qarşılıqlı təsir üçün rəqabət mühiti yaradır.

İqtisadi tərəqqiyə güclü təsir edən faktor texnologiyadır. Texnologiyanı xaricdən alıb, daxildə sağlam rəqabət mühiti yaratmaqla tərəqqiyə nail olmaq mümkündür. Bu halda ciddi elmə ehtiyac yoxdur, ancaq universitet təhsilinə ehtiyac böyükdür.

Texnologiyanın sürətli inkişafı üçün elmə ehtiyac böyükdür. Elm iqtisadiyyatın qeyri-xətti inkişafına çox güclü təsir edən faktordur. Tərəqqi üçün digər bir vacib şərt, sahibkarların monopoliyadan qorunmasıdır. Başqa sözlə sərt anti-monopoliya qanununa ehtiyac vardır.

Araşdırma nəticəsində, "tərəqqi" termininə yeni tərif və ya yeni məna verilib. Göstərilib ki, tərəqqini itehsal sürətinin vahid zamanda artımı yaradır . Tərəqqi - məhsulun həcmi / zaman kvadratına nisbəti ilə ölçülür. (fizikada təcil kimi)"

Qeyd edək ki, bu ekonofizika sahəsində Azərbaycandan çap olunan ilk məqalədir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar