Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Şagird və müəllimlərin çoxdan gözlədiyi kitab nəşr olundu

Tarix: 13-01-2019 17:41     Baxış: 31 196 A- / A+
Şagird və müəllimlərin çoxdan gözlədiyi kitab nəşr olundu

Global Theacher Prize beynəlxalq müəllim mükafatının qalibi, gənc müəllim Məhəmməd Qarakişiyev bütün materialları özündə əhatə edən kitab hazırlayıb.

Gənc müəllim azedu.az-a açıqlamasında bildirib ki, təhsilimizin, eyni zamanda tələbələrimizin bilik və bacarıqlarının daha da yüksəldilməsi üçün ata biləcəyimiz addımlar məni düşündürən məsələlərdəndir:

“DİM-in 2019- cu ildə ilk dəfə 9 və 11-ci siniflər üçün keçirəcəyi buraxılış imtahanlarında Dinləmə və oxu bacarıqları yoxlayacağı hər kəsə məlumdur. Bütün bunları nəzərə alaraq kitab nəşr etdirmək qərarına gəldim. Dinləmə və oxu qabiliyyətlərinin inkişafı üçün internet və digər resurslardan istifadə imkanları var. Amma, müşahidə etdim ki, bu əksər məktəblərdə pərakəndə şəkildə aparılır. Yəni, müəllimlər və şagirlər resursların, test banklarının olmamasından əziyyət çəkirlər. Sonda qərar verdim ki, kitab hazırlayaq. Nəhayət, uzun müddətli çalışmamızdan sonra bu kitabın I nəşrinə nail ola bildik”.

Məmməd Qarakişiyev vurğulayıb ki, bu Azərbaycanda ilk olaraq CD ilə (audio dinləmə) təhciz olunan, eyni zamanda özündə bir çox oxu materiallarını əhatə edən və ən əsası kurikuluma uyğun kitabdır:

“Yenə də xatırladım ki, şagird və müəllimlərimizə təqdim olunan bu kitab buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün dinləmə və oxu testlərini əhatə edərək hazırlanıb. Eyni zamanda şagirdlərin söz ehtiyatının artırılmasında çətinliklərini nəzərə alaraq "Lüğət" hissəsini də əlavə etdik ki, bu da öz növbəsində onların söz bazasının formalaşmasına təsir göstərəcək. Belə bir kitabın nəşri Azərbaycanımızın bölgələrində və paytaxt Bakıda böyük səbirsizliklə gözlənilirmiş. Bunu mənə gələn təbrik və təşəkkürlərdən belə hiss edirəm. Kitabımızın bütün Azərbaycan şagird və müəllimləri üçün faydalı olacağına ümid edirəm və verə bildiyimiz töhfəyə görə çox məmnunam. Bütün şagirdlərə gələcək imtahanlarda və həyatlarında müvəffəqiyyətlər arzu edirəm !”

Xatırladaq ki, Məhəmməd Qarakişiyev Global Theacher Prize beynəlxalq müəllim müsabiqəsində top 50-liyə düşməyi bacaran yeganə azərbaycanlı müəllimdir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar