Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsinə baş çəkib

Tarix: 09-01-2019 21:41     Baxış: 2364 A- / A+
Aİİ heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsinə baş çəkib


Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi, əməkdaşları və tələbə heyəti Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsini ziyarət edib.

İnstitutun rektoru Ceyhun Məmmədov görüş zamanı qeyd edib ki, Aİİ tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi, milli ruhda hazırlanması, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında yaradılmış yeni ali təhsil müəssisəsidir.

Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə xüsusi diqqət yetirildiyini vurğulayan C.Məmmədov, cəzaçəkmə müəssisələrində məhkumların saxlanma vəziyyətinin buna bariz nümunə olduğunu qeyd edib. O qeyd edib ki, dövlətimiz tərəfindən məhkum qadınların hüquqlarının müdafiəsi, problemlərinin həlli, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

Ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldığını qeyd edən rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun təsis edildiyini bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu bildirib. Rektor Aİİ-nin fəaliyyətindən, təşkil etdiyi tədbirlərdən, seminar və layihələrdən bəhs edib.

Rektor bildirib ki, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının vəzifəsidir.

Penitensiar Xidmətin əməkdaşlarının və İnstitut kollektivinin, həmçinin tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə kapitanı, psixoloq Zülfiyyə İbrahimova dövlətin göstərdiyi qayğı və diqqətin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb. O, bu ziyarətin təqdirəlayiq olduğunu

vurğulayaraq, silsilə tədbirlərin gələcəkdə də davam etdirilməsinin mənəvi dəstəyə ehtiyac duyan qadınlar üçün vacibliyini bildirib.

Ziyarət zamanı Aİİ heyəti tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara müxtəlif hədiyyələr təqdim olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar