Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fransanın Nant şəhərində Azərbaycan dili məktəbi açılacaq

Tarix: 30-12-2018 10:08     Baxış: 5244 A- / A+
Fransanın Nant şəhərində Azərbaycan dili məktəbi açılacaq


Fransanın Nant şəhərində Azərbaycan dili və mədəniyyəti məktəbinin açılması planlaşdırılır.

Manevr.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, hazırda soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi aktual məsələ olaraq qalır:

"Soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və ana dilinin qorunub yaşadılması dövlət komitəsinin qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür. Məsələn, bu yaxınlarda İsveçrədə "Qarabağ" adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib. Fransanın Nant şəhərindədə belə bir tədris ocağının açılması planlaşdırılır".

Fuad Muradov hazırda xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atıldığını diqqətə çatdırıb:

"Görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda, xarici ölkə vətəndaşlarına da öyrədilir. Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Eyni vaxtda, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi saxlanılır".report

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar