Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

Tarix: 29-12-2018 20:17     Baxış: 2519 A- / A+
2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2018-ci ili geridə qoyaraq, 2019-u qarşılamağımıza sayılı günlər qalır. Yeni il, bəzi imtahanlarda ediləcək müəyyən dəyişikliklərlə də yadda qalacaq.

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək bir neçə imtahanın dəqiq tarixini rəsmi elan edib.

Manevr.az
azedu.az-a istinadən 2019-cu ilin birinci yarısında DİM tərəfindən keçiriləcək və tarixləri dəqiq bəlli olan imtahanların təqvimini təqdim edir:

TOEL imtahanı -12 yanvar;

İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (Anövü) - 26 yanvar;

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sınaq imtahanı- 3 fevral;

2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə keçiriləcək sınaq imtahanı -10 fevral;

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı- 17 fevral;

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına Qəbul imtahanı, 1-ci mərhələ - 24 fevral;

Sat imtahanı - 9 mart;

Rezidenturaya qəbul imtahanı, birinci mərhələsi - 7 aprel;

SAT imtahanı (SAT SUBJECT) - 4 may 2019-cu il tarixlərində keçiriləcək.

Xatırladaq ki, 2019-cu ildə təşkil olunacaq buraxılış və qəbul imtahanlarının dəqiq tarixləri hələ elan olunmayıb. Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında keçiriləcək.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar