Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın daha iki universiteti Azərbaycanda filial açmaq istəyir

Tarix: 25-12-2018 08:36     Baxış: 4274 A- / A+
Rusiyanın daha iki universiteti Azərbaycanda filial açmaq istəyir


Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında 2019-cu ildə gözlənilən bir sıra vacib hadisələrin anonsunu verib.

Manevr.az bildirir ki, səfir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakı filialının açılması üzrə danışıqların gücləndirilmiş rejimdə davam etdiyini söyləyib.

"MDBMİ filialının açılışına gəlincə, Bakıda bu istiqamətdə aktiv işlər görülür, Rusiya universiteti və Azərbaycan tərəfi arasında əlaqələr qurulur. Ümid edirik ki, 2019-cu ildə vəziyyət aydınlaşacaq. Ancaq sizi əmin edirəm ki, bu məsələ irəliləməkdədir.

Rusiyanın iki başqa ali təhsil ocağı da Azərbaycanla əməkdaşlıq üçün ərizələrini göndəriblər, qarşıda birbaşa danışıqlar prosesi gözlənilir. Gələn il bu ali təhsil müəssisələri üzrə də irəliləyişin olacağın ümid edirik",- deyə rusiyalı diplomat qeyd edib.

M. Boçarnikovun sözlərinə görə, Rusiya 2019-cu ildə azərbaycanlı tələbələrin Rusiya Federasiyasının ali məktəblərinə qəbulu ilə bağlı dövlət kvotasını təmin etməyə davam edəcək:

"Kvota geridə qoyduğumuz ildə olduğu kimi, 205 nəfər təşkil edəcək. Bundan başqa, əlbəttə ki, Rusiya ali məktəblərinə daxil olmağı arzulayalanların əksəriyyəti hər hansı kvota olmadan, öz istəkləri ilə qəbul olunur. Bu yaxınlarda səslənən rəqəmə görə, Rusiya Federasiyasında 11 minə yaxın tələbə oxuyur"./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar