Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Direktor müəllimlərdən şikayətləndi: “Onlara bunu sübut edərdim, ancaq...”

Tarix: 10-12-2018 11:05     Baxış: 3300 A- / A+
Direktor müəllimlərdən şikayətləndi: “Onlara bunu sübut edərdim, ancaq...”

Son zamanlar sosial şəbəkələrdə müəllimin gündəlik yazmalı olub-olmaması müzakirə mövzusudur.

“Müəllim gündəlik yazmalıdırmı?” mövzusunda müzakirə açanlar da müəllimlərdir, rəy yazanlar da...

“Başa düşürəm, müəllimik, danışmaq, tənqid etmək, şikayətlənməyi sevirik. Amma bəlkə bir az duraq, düşünək və sual verək: “Mən neçə faiz müəlliməm?””

Bu sözləri isə 312 nömrəli orta məktəbin mövzuya biganə qalmayan direktoru Xatirə Hacıyeva şəxsi feysbuk hesabında yazdığı statusda bildirib. O, müəllimin gündəlik yazmalı olduğunu öz prizmasından belə izah edib:

“Müzakirə açanlar görünür, Vahid Tarif Kitabının XVII bölümündə qeyd olunan orta ümumtəhsil məktəbi müəlliminin vəzifə funksiyaları haqqında təlimatdan irəli gələn bütün vəzifələrinin öhdəsindən gəlirlər. Artıq mövzulara, fənnin öyrədilməsi zamanı hər sinfə, hər məktəbə və bölgəyə xas spesifik problemlərə, informasiya bolluğunda lazımi informasiyanın harada necə ötürülməsinə o qədər hakimdirlər ki, gündəlik dərsin planlaşdırılması onlar üçün vaxt itkisidir .

“Gündəlik nəyə lazımdır?”, “Artıq vaxt itkisidir”, “30 ildir gündəlik yazmıram”, “Heç kim mənə gündəlik yazdıra bilməz” və s. tipli rəylər isə daha maraqlıdır. Müzakirəyə qatılıb onlara gündəliyin niyə və necə yazılmalı olduğunu sübut edərdim, amma “30 ildir gündəlik yazmıram” deyən biri ilə müzakirə edib 2-3 cavabdan sonra onun aqressiyası, üstəlik direktor olduğumu bildikdən sonrakı ikrah və istehzaları ilə üz-üzə qalmaq istəmirəm”.

Direktor qeyd edib ki, metodik vəsait müəllimlərə yalnız yol göstərə bilər:

“Vahid tarif kitabında müəllimin əmək funksiyasında yazılıb ki, müəllim keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir.

Bəzi müəllimlərə görə yəqin bu cümlə belə yazılmalıymış : “Keçdiyi fənn üzrə hər gün icmal yazmalıdır”.

Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırarkən və tədris proqramını yerinə yetirilməsi, tələb olunanı şagirdə mənimsətməsi üçün müəllim nə etməlidir? Məsələn, mən biologiya müəllimiyəm və VIII sinifdə “Daxili maye mühitimiz” mövzusunu keçməliyəm. İki səkkizinci sinfim var. Birində şagirdlər çox zəifdir, digərində isə sinfin əksəriyyəti yaxşı oxuyanlardır.

“Metodik vəsait varsa, gündəliyi neynirəm?” deyənlərə üzümü tutub söyləmək istəyirəm ki, metodik vəsaitdə nə var? 79-cu səhifəni açıb baxın: Siz bu dərsi hansı sinifdə hansı üsulla keçməlisiz? Onu digər canlılarla müqayisə edin.

Bunları etməyiniz üçün hər iki sinifdə eyni üsulu, eyni tapşırıqları tətbiq edə bilərsizmi? Hər şeyi ( tapşırıqları , sxemləri , qiymətləndirmə vasitələrini ) beynimdə hazırlayıram deyənlər, dediklərinizin reallıq olmadığını özünüz də bilirsiz. Metodik vəsait yalnız sizə istiqamət verir, yol göstərir, əziyyət çəkməməyiniz üçün nümunə göstərir”.

Direktorun sözlərinə görə, müəllim birmənalı şəkildə gündəlik dərsini planlaşdırmalıdır. Bu, aksiomdır:

“İstər müəllim bunun adına “gündəlik”, istər “icmal” desin, ya da öz brendini yaradaraq ad qoysun. Fərq etməz. Maaşım azdır, vaxtım yoxdur, mənasızdır deməkdənsə, müəllimin funksiyalarına nəzər salın və mərdi-mərdanə deyin görək bu funksiyalardan neçə faizini yerinə yetirirsiz? Başa düşürəm, müəllimik, danışmaq, tənqid etmək, şikayətlənməyi sevirik. Amma bəlkə bir az duraq, düşünək və sual verək: “Mən neçə faiz müəlliməm?”

Şəxsən mən 10 il 179 nömrəli məktəbdə müəllim işləmişəm, tanıyanlar təsdiq edə bilər ki, hər dərsim planlı olub. Hazırda direktor işləyirəm, dərs saatım yoxdur. Amma fəaliyyətimin ilk illərində vardı və bir dəfə də olsun sinfə hazırlıqsız, yəni, gündəlik və proqramsız girməmişəm. Çox şükür ki, rəhbəri olduğum məktəbdə “gündəlik yazmıram” deyən müəllim yoxdur”./azeduaz



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar