Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əvvəlki illərdə orta təhsil səviyyəsini bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

Tarix: 26-11-2018 17:41     Baxış: 3263 A- / A+
Əvvəlki illərdə orta təhsil səviyyəsini bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.


Manevr.az
xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanları dekabrın 25-26-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Qeydiyyat və sənəd qəbulu noyabrın 26-dan dekabrın 14-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Ərizələri BŞTİ-də qəbul edilən eksternlər dekabrın 20-21-də saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər./milli.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar