Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-nin müəllimi beynəlxalq konfransda ölkəmizi təmsil edib

Tarix: 20-11-2018 13:01     Baxış: 3321 A- / A+
Aİİ-nin müəllimi beynəlxalq konfransda ölkəmizi təmsil edib


Manevr.az-ın məlumatına görə, Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfransda ölkəmizi Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil edib.

İngiltərə, Amerika, Almanya, İran, İraq və digər ölkələrin qabaqcıl universitetlərinin alimlərinin iştirakı ilə təşkil olunan konfransda elm tarixi, fəlsəfə, linqvistika, din, əxlaq, ədəbiyyat, sənət və incəsənət kimi sahələr geniş elmi müzakirə obyektinə çevrilib.

Konfransda dosent Anar Qafarov “İctimai şüurun formalaşmasında din və İslam fəlsəfəsinin yeri” mövzusunda məruzə ilə çıxış edib. A. Qafarov lokal və qlobal dəyərlərin mənimsənilməsi və müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyətlər arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından, qloballaşma hadisəsini müsbət amil kimi dəyərləndirib. Məruzəçi bu proseslə dil, irq, etiqad, mədəniyyət, məzhəb, təriqət və iqtisadi cəhətdən ortaya çıxan müxtəlifliyin ictimai vəhdət zəminində həll olunmasının bəzi problemlər yaratdığını qeyd edib. Dünyada mədəni müxtəliflik, demokratiya, insan hüquqları və azadlıqları mövzusunda keçirilən bir çox siyasi müzakirələrə baxmayaraq, hazırda bəşəriyyət şiddət, zülm, ədalətsizlik, hüquqi bərabərsizlik nümayiş etdirən mənfi təzahürlər və müxtəlif münasibət formaları ilə çalxalanır.

Anar Qafarov sosial-mədəni və mənəvi mədəniyyəti tarix boyu özündə əks etdirən Azərbaycanın birgəyaşayış ənənəsi və ictimai dəyərlərindən nümunələr gətirib. Alimin məruzəsi tədbir iştirakçıları və alimlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Anar Qafarov bir çox beynəlxalq konfransda, Amerika və Türkiyənin müxtəlif universitetlərində təşkil olunan seminarlarda İslam fəlsəfəsi və İslam mədəniyyəti çərçivəsində dəfələrlə silsilə şəkildə məruzələrlə çıxış edib, ölkə daxilində və xaricində mühüm elmi və sosial layihələr həyata keçirib. Alim çoxsaylı kitab və məqalələrin elmi redaktoru, tərcüməçisi, müəllifi və həmmüəllifidir.

Aİİ-nin müəllimi beynəlxalq konfransda ölkəmizi təmsil edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar