Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil müəssisələrinin akkreditasiyası pullu olacaq – RÜSUMUN MİQDARI

Tarix: 13-11-2018 10:58     Baxış: 3475 A- / A+
Təhsil müəssisələrinin akkreditasiyası pullu olacaq – RÜSUMUN MİQDARI


Təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında” qanun ilə müəyyən olunacaq.

Manevr.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.

Dəyişikliyə əsasən bu sahədə müddətlə bağlı çərçivə ləğv olunub. Başqa sözlə, bu müddəanın yeni redaksiyasına əsasən, Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Xatırladaq ki, 12 iyun 2018-c il tarixində "Təhsil haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək dövlətin təhsil sahəsində vəzifələri sırasına daxil edilib. Buna qədər dövlət müəssisələrinin akkreditasiyası üçün rüsum tələb olunmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar