Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda seminar - FOTO

Tarix: 07-11-2018 23:34     Baxış: 3279 A- / A+
“Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda seminar


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda növbəti seminarını keçirib.

Manevr.az-ın verdiyi xəbərə görə, seminarı Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov açaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsində Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların xüsusi əhəmiyyəti var. İ.Əlimuradov mövzunun aktuallığına toxunaraq, bəşəri dəyərlərə özünəməxsus ehtiramla yanaşan Azərbaycan əxlaq sisteminin üstün cəhətlərindən, mədəni təsirlərindən söz açıb.

Sonra Xəzər Universitetinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub "Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda məruzə ilə çıxış edib. M.Yaqub mövzunun əxlaq fəlsəfəsində geniş müzakirə olunduğunu bildirib. Nisbilik məsələsinə toxunan məruzəçi qeyd edib ki, müxtəlif mədəniyyətlərə fərqli əxlaq yanaşmaları varsa, demək, ümumbəşəri-cahanşümul əxlaq qanunları mövcud deyil. Əxlaq filosoflarının, əsasən, bu görüşü məqbul saymadıqlarını nəzərə çatdıran M.Yaqub bunun səbəbini belə izah edib: “Əxlaqda nisbiliyi qəbul etsək, dünyada baş verən haqsızlıqlara, əxlaqa-insanlığa zidd hərəkətlərə etiraz edə bilmərik. Səbəb aydındır, əgər müxtəlif mədəniyyətlərin əxlaqa tam fərqli baxışları varsa, biz öz meyarlarımızla həmin ölkələrdəki qeyri-əxlaqı hərəkətləri tənqid edə bilmərik”.

Məruzədə Azərbaycan əxlaq sisteminin ümumbəşəri olduğu vurğulanıb: “Biz cahanşümul əxlaq normalarını təsdiq edirik. Əgər mədəniyyətlərin nisbiliyini qəbul etsək və düşünsək ki, mədəniyyətlərin müxtəlifliyi əsasında əxlaqda nisbilik hakimdir, onda başqa bir problem yaranır, maarifçilik məfhumu öz dəyərini itirir. Maarifçilik islahatçılıq deməkdir, maarifçilik o zaman baş verir ki, biz əxlaqı nisbi bilməyək və ümumbəşəri əxlaq normalarına inanaq”.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

“Mədəniyyətin müxtəlifliyindən yaranan nisbilik problemi" mövzusunda seminar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar