Sizin Reklam Burada
Xəbər lenti
22 fevral
21 fevral
BÜTÜN XƏBƏRLƏR

Əmək haqqının fəlsəfəsi - Şahlar ƏSGƏROV

Tarix: 05-11-2018 14:22     Baxış: 1430 A- / A+

II Dünya ölkələrində əsas problem bundadır ki, tədqiqatçı alimlə məmur alimi bir- birindən seçə bilmirlər


Əmək haqqının fəlsəfəsi - Şahlar ƏSGƏROV


Bu ilin avqust ayında İCSON-2018 Paris konfransında maraqlı hadisə müşahidə etdim. İki günlük bu konfransın birinci günü bütün seminar məruzələri ərəb əsilli alimlər, ikinci gün isə yapon alimləri etdilər. Diqqəti cəlb edən bu oldu ki, yaponlar Yaponiya universitetlərindən, ərəblər isə Qərb universitetlərindən gəlmişdilər. Yəni Yaponiyadan fərli olaraq ərəb alimləri öz ölkələrindən yox, Qərb universitetlərindən gəlmişdilər. Bunun səbəbi nədir? Başqa sözlə, "beyin axınının" səbəbi nədir?

Düşüncəmə görə, beyin axınının səbəbi alim əməyinin dəyərləndirilməsi ilə bağlıdır. Elmin rolu cəmiyyətdə nə qədər düzgün dərk edilərsə, orada alimin əməyi də düzgün qiymətləndirilər. Əgər Yaponiyadan Qərbə beyin axını yoxdursa, deməli, orada həm elmin, həm də alimin rolu düzgün dərk edilir.

Cəmiyyətdə ən yüksək əməkhaqqı kimə verilməlidir? Bu sualın cavabı tarixdə var. I Pyotrdan soruşurlar: yaratdığınız Akademiyanın üzvünün maaşı nə qədər olmalıdır? Pyotr cavab verir: Çarın maaşı qədər.
Burada sağlam düşüncə ondan ibarətdir ki, cəmiyyətdə insanların əmək haqqını hesablarkən dayaq nöqtəsi olaraq alim əməyini götürmək məntiqlidir. Tarixən “alim” deyərkən gecə və gündüz elmlə kəsilməz məşğul olan tədqiqatçı başa düşülüb. Əməyi saatlara bölünməyən kəs- alimdir. İ.Stalin dövründə də bu əlamət nəzərə alınırdı. Əgər alimin əməyi saatlarla qiymətləndirilirsə, artıq o tədqiqatçı alim yox, məmur alimdir. Həkim ilə tibb bacısının fərqi nə qədərdisə, “tədqiqatçı professor” ilə “məmur professorun” fərqi də bir o qədərdir. Biz uzun illər tədqiqatçı alimlərlə, məmur alimləri bir birindən fərqləndirməyib, onlara “professor” deməklə, inkişaf üçün səhv yol seçmişik. Alim əməyi ilə məmur arasında münasibəti aşağıdakı düsturla hesablamaq olar:

M = A. t / 24

Burada, M və A uyğun olaraq məmurun və alimin gündəlik maaşı; t- saatla gündəlik iş müddətidir.
Məmur orta hesabla gündə 8 saat, alim isə, tərifə görə, gündə 24 saat işləyir. Alim kəsilməz olaraq işlədiyindən, öz-özünü şlifləyir, kamilləşir, dəfələrlə özü- özünə fikrən istinad edir və nə vaxtsa “evrika” deyə bilir. “Bütöv, hissələrin cəmindən çoxdur” deyimi kimi, alimin kəsilməz əməyinin effektiv müddəti 24 saatdan çoxdur. Belə alimlərin sayı təqribən 200-250 olar. Yerdə qalan alimlər tədqiqatçı alim (professor) yox, məmur (professor) alimdir. Gündə müəyyən saatlar işləyir, sonra səhərə kimi məmur tək qayğısızdır. Məmur alimlərin sayı minlərlədir. Belə alimlərin əmək haqqı məmurunki kimi dəyərləndirilməlidir. Onlar kollec və universitetlərdə müxtəlf fənnləri ali səviyyədə öyrədirlər. Düsturdan görünür ki, əgər istənilən ölkədə məmur, 1000 doll. maaş alırsa, onda həmin ölkədə alimin maaşı 3 qat çox olmalıdır.

II Dünya ölkələrində əsas problem bundadır ki, tədqiqatçı alimlə məmur alimi bir- birindən seçə bilmirlər. Himayədarlıq imkan vermir. Elmin problemi burdadır. İnanmaq üçün Azərbaycan EA-nın ilk akademiklərini yadınıza salın (Y.Məmmədəliyev, M.Qaşqay, S.Vurgun, M.Topçubaşov, H.Hüseynov, M.İbrahimov və s.). Seçim düz olanda cəmiyyət harmoniyada yaşayar. Hər kəs özünə aid yeri tutur. Ölkədən beyin axını baş vermir. Elmə qoyulan pul gəlir gətirər. Valideynlər talantlı övladlarıni elmə istiqamətləndirərlər. Daha nəllər, nələr. Qısası, möcüzələr, möcüzələr!

Prof.Şahlar ƏSGƏROV








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar