Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İmtahanlardakı yeni dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur"

Tarix: 02-11-2018 15:44     Baxış: 3478 A- / A+
"İmtahanlardakı yeni dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur"

Abituriyentlər və onların valideynləri, elmi-pedaqoji ictimaiyyət edilən dəyişikliklərlə bağlı narahat olmamalıdır. Çünki bu dəyişikliklər etibarlı elmi əsasları olmaqla yanaşı, onlar mərhələli şəkildə, praktikada aprobasiya olunaraq tətbiq olunur və məzunlarımızın bilik səviyyəsinə uyğundur.


Manevr.az
trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məzmununda dəyişikliklərə və "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçidə səbəb olub. Yeni tədris proqramlarından istifadə ilə qiymətləndirmə sahəsinə də yeni yanaşma zərurəti yaranıb.

M.Abbaszadə qeyd edib ki, bir il bundan öncə ictimaiyyətə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli təqdim olunub, imtahanların məzmun və formasında dəyişikliklər barədə tam məlumat verilib.

DİM sədri bildirib ki, yeni növ imtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilib: "Bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanıb. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları "Abituriyent" jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap edilən "Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları" toplusunda nəşr edilib".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar