Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ingilis dilini çox pis bilirlər - HESABAT

Tarix: 01-11-2018 13:45     Baxış: 3308 A- / A+
Azərbaycanda ingilis dilini çox pis bilirlər - HESABAT


Azərbaycan ingilis dilinə bələd olma səviyyəsinə görə dünya ölkələrinin sıralandığı reytinqdə 77-ci yeri tutub.

Milli.Az bildirir ki, İsveçrənin məşhur "EF Education First" şirkəti 8 ildən bəri hər il ingilis dilinə bələd olma səviyyəsinə görə ölkələrin reytinqini hazırlayır. Builki reytinqdə 88 ölkə və region var.

İl başlayandan bəri həmin ölkələrdə şirkətin əməkdaşlarının keçirdikləri testlərdə ingilis dilinin daşıyıcıları olmayan 1,3 milyon nəfər iştirak edib.

Azərbaycanda keçirilmiş testlərin nəticələrinə görə ölkəmizə 45,85 bal verilib. Kişilər arasında orta göstərici 43, 65 bal, qadınlar arasında 46,59 olub.

Hesabat müəllifləri Azərbaycanda ingilis dilinə bələd olma səviyyəsini "çox aşağı" dəyərləndiriblər.

EF ekspertlərinin yazdığına görə, belə səviyyə insana özü barədə məlumat verməyə, sadə simvolları anlamağa, habelə əcnəbi turistə primitiv məsləhətlər verməyə ancaq kifayət edir.

Reytinqə İsveç liderlik edir. İlk onluqda sonrakı yerlərdə Hollandiya, Sinqapur, Norveç, Danimarka, Cənubi Afrika Respublikası, Lüksemburq, Finlandiya, Sloveniya və Almaniya var.

İngilis dilini ən pis bilənlər Özbəkistan, İraq və Liviyada yaşayırlar.

"EF Education First"in reytinqində Belarus - 38-ci, Rusiya - 42-ci, Ukrayna - 43-cü, Gürcüstan 45-ci, Türkiyə - 73-cü , Qazaxıstan - 80-ci yeri tutublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar