Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ beynəlxalq əlaqələrini genişləndirir - FOTO

Tarix: 26-10-2018 14:33     Baxış: 2334 A- / A+
Aİİ beynəlxalq əlaqələrini genişləndirir - FOTO


Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) Türkiyənin İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) baş direktoru Xalid Ərən ziyarət edib.

Manevr.az-ın verdiyi xəbərə görə, Aİİ rektoru Ceyhun Məmmədov Mərkəzin rəhbəri Xalid Ərəni institutda görməkdən məmnun olduğunu, bu ziyarətin iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir. C. Məmmədov Aİİ haqqında ümumi məlumat verərək, İnstitutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşə malik mütəxəssislərin hazırlanması olduğunu qeyd edib.

İRSİKA-nın baş direktoru X.Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib bir addım kimi dəyərləndirib. X.Ərən təmsil etdiyi Mərkəzin İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu, beynəlxalq konfransların, seminarların təşkili, tədqiqatların birgə aparılmasının mümkünlüyünü qeyd edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən X.Ərən İnstituta işlərində uğurlar arzulayıb və qarşılıqlı əlaqələrin təşkili istiqamətində mümkün olan bütün addımların atılacağını bildirib.

Sonda qonaq İnstitutun kitabxanası ilə tanış olub. Rektor kitabxanada İslam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid olmaqla, Azərbaycan, türk və ərəb dillərində 13000-dən artıq kitabın saxlanıldığını bildirib.

Aİİ beynəlxalq əlaqələrini genişləndirir - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar