Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilindən xaricdə təhsil alan şəxslərlə bağlı MÜHÜM TƏKLİF

Tarix: 12-10-2018 17:08     Baxış: 3540 A- / A+
Millət vəkilindən xaricdə təhsil alan şəxslərlə bağlı MÜHÜM TƏKLİF

“Təhsil Nazirliyinin rus dilinin daha dərindən öyrənilməsi barədə qərarını təqdir edirəm. Lakin hesab edirəm ki, ingilis dilinin öyrənilməsi ilə bağlı xüsusi proqramın qəbul olunmasına ehtiyac var”.



Manevr.az
-ın xəbərinə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında dilə gətirib. Deputat bu cür təhsil müəssisələrinin dövlət hesabına yaradılmasını təklif edib:

“Azərbaycanda ingilis dilli özəl təhsil müəssisələri var, amma çox bahadır. Dövlət ingilis dilli məktəblərin açılmasına dəstək olmalıdır. Bu yaxınlarda mətbuatda oxudum ki, Rusiya daha 3 universitetinin Azərbaycan filialını açacaq. Bu qərarı alqışlayıram, ən azından Rusiya təhsili Azərbaycan təhsilindən yüksəkdir. Biz dünyanın 300-lüyünə daxil olan universitetlərin açılmasına səy göstərməliyik”.

Millət vəkili xaricdə təhsil alan gənclərin dövlət müəssisələrində işə qəbulunda müəyyən güzəştlərin edilməsindən danışıb:

“Çoxsaylı azərbaycanlı gənc xaricdə təhsil alır, geri qayıdır, lakin ölkədə əmək haqqı az olduğuna görə burada qalmır. Milli Məclis rəhbərliyi tərəfindən bir məsələ qaldırılsın ki, nazirlik və dövlət qurumlarının xaricdə təhsil alıb gələnlər üçün daha yüksək maaş müəyyən etməsinə imkan verilsin. Azərbaycanda həmin tələbələrin qeydiyyatı aparılmalıdır. Həmkarlarımın bir çoxunun övladı xaricdə təhsil alıb. Azərbaycanın belə yüksək səviyyəli kadrlara ehtiyacı var”.(publika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar