Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəbul imtahanında yeniliklər NƏ VƏD EDİR? - Repetitorluğa son və... - EKSPERT AÇIQLADI

Tarix: 09-10-2018 18:13     Baxış: 3489 A- / A+
Qəbul imtahanında yeniliklər NƏ VƏD EDİR? - Repetitorluğa son və... - EKSPERT AÇIQLADI

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinin detallarını açıqlayıb.

Açıqlamadan bəlli olur ki, bu il ilk dəfə qəbul imtahanında buraxılış imtahanının nəticələri nəzərə alınacaq. IX sinif buraxılış imtahanlarına 3-cü fənn də əlavə ediləcək, eləcə də, imtahanlarda açıq tipli və həllin yazılması tələb olunan sualların sayı da əvvəlki illərə nisbətən çoxdur. Bununla yanaşı, hələ qəbul proqramının açıqlanmaması, açıq tipli sualların qiymətləndirilməsində insan amilinin təsiri imtahanlarla bağlı bəzi suallar da yaradır.

Manevr.az bildirir ki, təhsil eksperti Kamran Əsədov publika.az-a açıqlamasında əvvəlcə bu yeniliyin üstünlüklərindən danışıb. Onun sözlərinə görə, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranması danılmaz faktdır:

“Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideynlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. Belə ki, əvvəllər qəbul imtahanında abituriyent maksimum 700 bal toplamalı idi, buraxılış imtahanlarında toplanan bal qəbul imtahanına təsir etmirdi. 2019-cu ildə isə bu 700 bal iki hissəyə bölünəcək. Belə ki, XI siniflər verəcəkləri buraxılış imtahanında 0-300 arası bal toplamalıdır, ondan sonra seçdikləri ixtisas qrupu üzrə 0-400 bal arası toplamaq üçün imtahan verəcəklər. Yekunda hər iki mərhələdə əldə edilmiş ballar toplanacaq, ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi etmək üçün yekun bal olacaq. Təbii ki, bu da buraxılış imtahanlarına münasibəti dəyişəcək. Şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında kömək etsin. Hesab edirəm ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacaq. Apardığım araşdırmalar göstərirdi ki, son illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxırdı. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir”.
Qəbul imtahanında yeniliklər NƏ VƏD EDİR? - Repetitorluğa son və... - EKSPERT AÇIQLADI

K.Əsədov yeni qəbul qaydalarının çatışmayan məqamlarına da toxunub. Onun sözlərinə görə, son iki ildir IX siniflərin buraxılış imtahanlarının nəticələri qiymətləndirmədə problem olduğunu göstərir:

“2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahan verəcək şagirdlər kurikulumu anlamayıblar. Bunu 2017-ci ildə 2 fəndən verdikləri buraxılış imtahanlarının nəticələri təsdiq edir. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır. Bundan başqa, 7 ay sonra tamamilə yeni formatda keçiriləcək qəbul imtahanının fənləri üzrə proqramlar, ədəbiyyat siyahısı yoxdur. Iki ildir IX siniflər üzrə keçirilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şagirdin biliyi düzgün qiymətləndirilməmişdi. Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə - marker vasitəsi ilə yoxlanılacaq. Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar, səhvlər olacaq.

Bundan başqa, Dövlət İmtahan Mərkəzi yeni qaydaları müəyyən etsə də, hələ də bütün qəbul qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqları müəyyən etməyib. Bundan başqa, Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında 5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib. XI siniflər üzrə kurikulum standartları əsasında tərtib edilmiş sinif testləri, test banklar çap olunmayıb. Təhsil islahatlarına görə, bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələdə yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək. Açıq sualda səhv cavabların düzgün cavabların sayına necə təsir edəcəyi aydın deyil”.

K.Əsədov 2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problemin xarici dil fənnindən olacağını deyib:

“Çünki indiyə qədər orta məktəblərdə “Dinləmə mətni”tətbiq edilməyib. Amma Dövlət İmtahan Mərkəzi Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu, ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu olmadığından şagirdlərin bu bilik və bacarıqları yoxdur və öyrədilməyib. Amma indi bu bacarıqlar yoxlanılacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar