Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"MÜƏLLİMLƏRİN MAAŞINI CİDDİ ŞƏKİLDƏ ARTIRA BİLMİRİKSƏ..."- Ekspertdən maraqlı təklif

Tarix: 12-12-2017 18:45     Baxış: 41 936 A- / A+
"MÜƏLLİMLƏRİN MAAŞINI CİDDİ ŞƏKİLDƏ ARTIRA BİLMİRİKSƏ..."- Ekspertdən maraqlı təklif


Xəbər verdiyimiz kimi, millət vəkili İsa Həbibbəyli məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün motivasiyalı əməkhaqqı sisteminin onların işdəki yüksək bacarığını, nailiyyətlərini, işdən sonrakı fəaliyyətini nəzərə alaraq, əməkhaqqı verməyi nəzərdə tutduğunu bildirib. Lakin bunun icrası üçün Təhsil Nazirliyi mexanizmlər hazırlayaraq həyata keçirməlidir.

"Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında da məktəbəqədər təhsildə motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmaması əsas çətinliklərdən biri kimi göstərilir.

Təhsil üzrə ekspert Kamran Əsədov da motivasiyalı əməkhaqqı sisteminin tətbiq edilməsinin vacibliyindən danışıb. Ekspert qaynarinfo-ya açıqlamasına bəzi müəllimlərin çox aşağı əməkhaqqı müqabilində çalışdıqlarını və belə bir vəziyyətdə təhsildən hər hansısa keyfiyyətli nəticə gözləməyin mümkün olmadığını deyib:

"MÜƏLLİMLƏRİN MAAŞINI CİDDİ ŞƏKİLDƏ ARTIRA BİLMİRİKSƏ..."- Ekspertdən maraqlı təklif

"Bilirsiniz Azərbaycanın son 30 illik tarixini müqayisə etsək, görərik ki, 27 il bundan öncə biz Sovet dönəmində bütün dövlət orqanlarında çalışanlar əgər əməkhaqqıları ilə öz sosial ehtiyaclarını ödəyə bilmirdilərsə, dövlət tərəfindən onlara digər güzəştlər tətbiq olunurdu. Məsələn, kimlərəsə qiymətli kağızlar verilirdi, hansısa vasitə ilə müəyyən güzəştlər edilirdi və s. Bu şəkildə onlar özlərinin motivasiyalı əməkhaqqı prinsipi ilə işləmək fəaliyyətlərini həyata keçirirdilər. Amma müstəqillik əldə edildikdən bu yana Azərbaycanda bu sahədə demək olar ki, fəaliyyət yoxdur. Yalnız bəzi dövlər orqanlarında 13-cü maaş almaq mümkündür, amma əksəriyyətində stabil - minimum və maksimum əməkhaqqı var. Bu gün Azərbaycanda orta əməkhaqqı 400-500 manatdırsa, bu əməkhaqqı müəllimlərə yaxın deyil. Yəni, bu gün Azərbaycan müəllimi 150-200 manat, ondan da aşağı maaşla çalışır. Bu da ona görə baş verdi ki, bildiyiniz kimi 2014-cü ildə Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiymətləndirilməsini həyata keçirdi və göstərdikləri nəticəyə görə müəllimlərə dərs saatları verildi. Bu gün Azərbaycanda 20 faizə yaxın müəllim minimum dərs saatı ilə fəaliyyət göstərir ki, buna uyğun olaraq alınan əməkhaqqı da aylıq 70-90 manatdır. Bu əməkhaqqı qarşılığında da orta ümumtəhsil məktəblərindən, məktəbəqədər təhsil müəssisələrindən hər hansısa keyfiyyətli nəticə gözləmək olmaz. Ona görə mən düşünürəm ki, əgər biz istər məktəbəqədər təhsil müəssisələrində, istər orta ümumtəhsil məktəblərində, istər ali məkdəblərdə təhsilin keyfiyyətini artırmaq istəyiriksə, müəllimlərə güzəştlər etməliyik".

Ekspert motivasiyalı əməkhaqqı sisteminin hansı hallarda və necə həyata keçirilməsinin yollarını da izah edib. O, bildirib ki, əgər müəllimlərin maaşını ciddi şəkildə artıra bilmiriksə, bunu yüksək nəticə göstərən müəllimləri kammunal, nəqliyyat və s. xərclərdən azad etməklə də həyata keçirə bilərik.

"Məzunlarının nəticələri yaxşı olan müəllimlərin sosial statusunu artırmaq, onlara dövlət qulluqçusu statusu vermək lazımdır, onları kommunal, nəqliyyat xərclərindən azad etmək lazımdır, ən azı 6 aydan bir onların fiziki yoxlanışı üçün müayinədən keçmələrini təşkil etmək lazımdır. Təbii ki, kağız üzərində yox. Bir çox müəllimlərimizin psixoloji və fiziki problemləri var. Düşünürəm ki, əgər biz əməkhaqqını ciddi şəkildə artıra bilmiriksə, bu şəxsləri güzəştli kateqoriyaya daxil etməklə, onların aldıqları əməkhaqqını sadəcə özlərinə xərcləmələrini təmin etmək üçün şərait qurmalıyıq. Ən uğurlu və motivasiyalı addım bu ola bilər. Yaxud Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmə tipli imtahan keçirməklə, bilik və bacarıqları yüksək səviyyədə olan, imtahan nəticələri 50 faiz və ondan yüksək olan bütün müəllimləri güzəştli kateqoriyaya daxil etməklə uğurlu nəticə əldə edə bilərik. Dediyim kimi təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da onların istehsalata buraxdıqları məzunların keyfiyyətini (qəbul imtahanlarında yüksək nəticə göstərən, hansısa olimpiadada yer tutan şagirlər) nəzərə alaraq yoxlamalıyıq. Bu zaman rəqabət mühiti də yaranacaq və motivasiya da yalnız bu zaman mövcud olacaq. Hesab edirəm ki, bu iki göstərici eyni zamanda tətbiq edilsə, bu sahədə ciddi şəkildə irəliləyişə nail olmaq olar".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar