Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Tələbə hərtərəfli biliyə malik olmalıdır" -Professor Azad Bayramov

Tarix: 22-11-2017 14:23     Baxış: 4582 A- / A+
 "Tələbə hərtərəfli biliyə malik olmalıdır"


Azad Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent, işlədiyi təhsil müəssisəsinin professorudur. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994-ci ildə “Tələbə gənclərdə yeni təfəkkürün formalaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını alıb.

Professorla müsahibəni oxuculara təqdim edirik:

- Azad müəllim, bu gün Azərbaycan təhsil məkanında İctimai elmlərin və multikulturalizmin xüsusi yeri var. Azərbaycanın qədim tarixi ilə yanaşı yeni tarixi də kifayət qədər öyrənilməyə dəyərlidir. Ən çox da Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri. Bu iş Azərbaycan Dövlət Aqrar Universitetində necə qurulub və bir kafedra müdiri kimi tədrisin daha mükəmməl aparılması üçün hansı addımlar atılır.

-Bu gün Aqrar Universitetin qarşısında təkcə aqrar mütəxəsis hazırlamaq deyil, eyni zamanda sərbəst düşünməyi bacaran və müasir dövrdə qlobal problemlərin artdığı bir zamanda daha savadlı, bilikli tələbə-gənclərin formalaşması da əsas məsələ kimi durur. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycan bədnam qonşumuz Ermənistan ilə müharibə aparır təbii ki, bu həqiqətlərinin dünyaya çatdırılması və eyni zamanda Aərbaycan dövlətinin həqiqətən də dünya dövlətləri içərisidə daim inkişaf edən,sabitlik məkanı olan, sülhsevər bir dövlət və multikulturalizmin tarixinin Azərbaycan xalqının tarixi qədər qədim olduğunu tələbə gənclərin öyrənməsinə daha böyük ehtiyac var. Bütün bunların, xüsusilə də, daima azərbaycanla yaşayan və azərbaycanı yaşadan, Müasir müstəqil Azərbaycan dövlətini yaradıcısı Ulu öndər Heydər Əliyev ideyalarının öyrənilməsi və təbliği ən vacib məsələlərdəndir. Bütün bu və digər vacib məsələlərin öyrənilməsi ictimai elmlərin qarşısında duran əsas məsələlərdəndir. Buna görə ali məktəblərdə və xüsusilə də qeyri-humanitar ali təhsil müəsisələrində ictimai elmlərin tədrisinə böyük ehtiyac var.

- Kimliyindən və hansı sahənin mütəxəssisi olmasından asılı olmayaraq hər kəs tarixini bilməli, yaşadığı ölkənin liderini tanımalı, onun hərtərəfli fəaliyyətindən örnək almalıdır. Bu günün gəncliyi buna yetərincə maraqlıdırmı?

-Doğurdan da tarixini, keçmişini bilməyən gələcəyinin də düzgün müəyyənləşdirə bilməz. Azzərbaycan xalqı ona görə xoşbəxt xalqdır ki, onun Ulu öndər Heydər Əliyev kimi dahi bir İideri var. Heydər Əliyev hakimiyyətinin birinci dövrünə (1969-1982) nəzər salsaq Azərbaycanı geridə qalan aqrar ölkədən qabaqcıl aqrar-sənaye ölkəsinə çıxarması tam aydınlığı ilə üzə çıxar. Hakimiyyətinin ikinci dövründə isə Müasir müstəqil, güclü Azərbaycan dövlətini həm yaratdı, həm də onun tarixini yazdı. Bu günkü gənclik Ulu öndər Heydər Əliyev ideyalarına inanır və ona sədaqətlidir. Bir misal çəkim. Bu il noyabr ayının 11-də Bakıda, Hedər Əliyev mərkəzində ali məktəb tələbələri arasında keçirilən Bilik yarışmasına tələbə seçərkən bunun canlı şahidi oldum. Tələbələr bu yarışmada iştirak etmək üçün nə qədər böyük həvəslə müsabiqədə iştirak etməyə can atırdılar. ADAU-nun tələbələrinin həmin yarışmada ikinci yeri tutması onların Ulu öndər Heydər Əliyev ideyalarına inamı və sədaqətinin bariz nümunəsidir. Deməli, tələbələrimiz liderini kifayət qədər öyrəniblər.

-İctimai fənlərin tədrisində tədris proqramından əlavə hansı üsullardan istifadə edilir?

-Bu gün ADAU-da tədris prosesində ən çox interaktiv metodlardan istifadadə edirik ki, bu da öz səmərəsini verir. Təhsil sisteminin inkişaf tendensiyası fəal və interaktiv metodlar sahəsində novator müəllimlərin iş üsullarına dair toplanan faydalı təcrübələrin, pedaqoji-psixoloji tədqiqatların nəticələrinin daima sistemləşməsini, ümumiləşməsini və təlim-tərbiyə prosesinin məzmununun yeniləşdirilməsini tələb edir. Bu problemlərin həlli təhsil sferasına, pedaqoji prosesə fəal və interaktiv metodlar anlayışının elmi əsaslarla gətirilməsini vacib bir problem kimi qarşıya qoyur və bütövlükdə təhsildə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır. Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementlərindən biri olan təqdimat tələbənin tədqiqat fəaliyyətinin göstəricisi sayılır. Bu metod tələbələrə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin.

-Bu gün kafedranın müəllimlərinin, nəzərə alsaq ki, gənc müəllimlər sizdə də çoxdur, sözügedən fənnin tədrisində hazırlığı necə, sizi qane edirmi?

Bəlli ki, son zamanlar kafedramızda müəllimlərin tərkibi demək olar cavanlaşıb. Kafedrada 15 nəfər profesor müəllim heyəti var və onlardan 11 nəfəri 40 yaşından aşağıdır. Həmin gənclərdən 1 nəfəri C.Hüseynov siyasi elimlər üzrə fəlsəfə doktoru, 2 nəfər öz namizədlik disertasiyalarını müdafiə edən, 1nəfər-X.Əsədova isə müdafiə ərəfəsindədir. Gənc müəllimlər tam hazırlıqlıdır və öz məsulyətlərini dərindən dərk edirlər. Mən dəfələrlə onların açıq dərslərində iştirak etmişəm. Dərs keçmək metodlarından razı qalmşam. Onlar həmişə dərs keçərkən ən yeni metodlardan isdifadə edərək keçdikləri mövzuların mahiyyətini tələbələrə çatdırmağa çalışirlar

Dövlət əhəmiyyətli elə bir bayram, əlamətdar gün olmaz ki, rəhbərlik etdiyiniz kafedra buna münasibət bildirməsin. Ən çoxda bu cür tədbirlərdə tələbələrin biliyindən və gücündən istifadə edirsiniz. Səbəbini və səbəbdən doğan nəticəni demək istərdinizmi?

Kafedrada yeni nəsil adlı tələbə elmi dərnəyi fəaliyyət göstərir. Həmin dərnəyə kafedranın gənc müəllimlərindən olan baş müəllim Fazilə Əliyeva rəhbərlik edir. O işinin öhtəsindən layiqincə gəlməyi bacaran, eyni zammanda təşkilatçı müəllimədir. Bizim kafedrada tədris olunan fənlər bütün fakultələri əhatə edir. Ona görədə tədbirlərimizdə biz çalışırıq ki, fakultələrin hamısının tələbələri iştirak etsin. Tələbələr tədbirlərə çox həvəslə gəlir və iştirak edirlər. İstər dövlət əhəmiyyətli tədbirlər, istər tarixi keçmişimizdə baş verən ən mühüm hadisələri qeyd edərkən həmin tələbələrdən isdifadə etməyə çalışırıq Burda bir məqsəddə savadlı tələbələri üzə çıxartmaq və eyni zamanda onların potensiyalından istifadə etməkdir

-Professor, istər şəhər, istərsə respublika miqyaslı intellektual yarışmalarda ADAU-nun tələbələri həmişə fərqlənib. Bunun sirri nədir?

Burda mən deyərdim ki, ən əsas faktor kafedra əməkdaşlarının tədris elədiyi fənlərə tələbələrdə maraq oyatmasıdır Tədbirlər zamanı seçdiyimiz mövzular öz aktualığı ilə seçilir. Seçilən mövzularda ölkənin, eləcə də ADAU-nun şərəfini qorumaq istər tələbələrin, isdərsə də müəllimlərin qarşısında duran ən mühüm məsələdir. Bu gün aqrar sahəyə dövlətin göstərdiyi diqət və qayğı, xüsusi ilə də ADAU-da aparılan islahatlar, uğurlu işlər müəlimlərdə və tələbələrdə böyük maraq yaradıb. Bu da bizi bütün tədbirlərdə öndə getməyə həvəsləndirir.

-Bu günlərdə isə ADAU tələbə ailəsi təhsil müəssisəmizə daha bir uğur gətirdi. Bakıda Heydər Əliyev mərkəzində 44 ali təhsil ocağının tələbələrinin qatıldığı “Heydər Əliyev və Azərbaycan tarixi" IV ümumrespublika bilik yarışmasında ikinci yerə sahibləndi. Bu barədə nə deyərdiniz?

Bu, doğurdan da ADAU ailəsi üçün tarixi bir qələbə oldu Bu ilin noyabr ayının 11-də Bakıda, möhtəşəm Heydər Əliyev mərkəzində ali məktəb tələbələri arasında keçirilən 4-cü ümumrespublika bilik yarışmasında biz 44 ali məktəb içərisində 2-ci yeri tutduq. Burda əsas mövzu Heydər Əliyev və Azərbaycan Tarixi adlanırdı. Bizim bu tarixi qələbəmiz sübut etdi ki, ADAU ailəsi Heydər Əliyev ideyalarına inanır və ona sədaqətlidir Biz əvvəlcə ayrı-ayrı fakultələrin tələbələrini bu müsabiqədə iştirak etmək ücün məlumatlardıq. Siz inanın ki, tələbələr bu müsabiqədə iştirak etmek üçün çox böyük həvəslə gəlirdilər.

- Kafedranız bu günün gəncliyi üçün çox önəmli fənnlərin tədrisini həyata keçirir. Səmərə və keyfiyyət də göz qabağındadır. Bunun sirri nədir və tədrisin daha səmərəli olması üçün nələri düşünürsünüz?


-Dediyiniz kimi uğurlar var və bunlar göz qabağındadır. Mütləq deməliyəm ki, uğurlara və tədrisin keyfiyyətinə yeganə səbəb Aqrar Universitetdə şəffaflığın təmin edilməsidir. Bu istiqamətdə rektorumuz, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun apardığı islahatlar əsas rol oynayır. Tələbə-müəllim münasibəti şəffafdırsa uğur və keyfiyyət qaçılmazdır. Rektorun əmri ilə bizim kafedranın imtahanlarının şifahi formada götürülməsi də tədris etdiyimiz fənnin keyfiyyətinə yaxşı mənada təsir edir. Bu zaman müəllim tələbənin bütün potensialını üzə çıxarır, fikrini ifadə tərzini öyrənir və ya bu amillərə geniş meydan yaranır. Bu cür ünsiyyətdə isə ilk olaraq tələbə qazanır, daha mükəmməl biliyə yiyələnir. Bütün gücümüzlə çalışırıq ki, tələbələrimiz öz tarixinə dərindən bələd olsun, harda olmasından və işləməsindən asılı olmayaraq doğulduğu Vətəni tarixin dili ilə tanıda bilsin.
-Müsahibə üçün sağ olun.

Müsahibəni qələmə aldı:

Qalib Rəhimli,
ADAU-nun mətbuat
xidmətinin rəhbəri

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar