Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İmtahandan keçən müəllimlərin orta aylıq əmək haqqını nazir açıqladı

Tarix: 27-10-2017 16:32     Baxış: 5478 A- / A+
İmtahandan keçən müəllimlərin orta aylıq əmək haqqını nazir açıqladı
Müəllimlərin işdən ayrılmadan təlimlərə cəlbi vacibdir.

Bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərin dövlət təltiflərinin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

M.Cabbarov deyib ki , bunun üçün distant ixtisasartırma proqramı hazırlanaraq tətbiq edilməlidir.

Bunun qarşıya qoyulan məqsədlərdən biri olduğunu deyən nazirin sözlərinə görə, indiyədək 150 min müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil edib.

Nazirin sözlərinə görə, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı artır. Bu il 500-dən çox bal toplayan 1359 nəfər müəllimlik ixtisasını seçib.

Nazir əlavə edib ki, bu ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub. Onların əmək haqqı gələn ildən artırılacaq: "Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib".trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar