Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU

Tarix: 14-10-2017 10:14     Baxış: 4391 A- / A+
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU


Manevr.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramının hazırlanması nəzərdə tutulsa da, yalnız məktəbəhazırlıq məsələləri ilə bağlı dövlət proqramı hazırlanıb. Yüksək ixtisaslı pedaqoqların hazırlanması istiqamətində işlər sürətləndirilə və məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramı hazırlana bilər.

Sənəddə bildirilir ki, 2016-2017-ci dərs ilində 2795 dövlət ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllimlər təlimlərə cəlb edilib. Ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında çalışan müəllimlərin vəzifə maaşı diaqnostik qiymətləndirmə çərçivəsində 2 dəfə artırılıb. "Məktəbəqədər Təhsil Haqqında" qanun qəbul edilib.

Hesabatda deyilir ki, peşə təhsilinin inkişafı istiqamətində müəyyən addımlar atılsa da, özəl sektorun peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi istiqamətində işlər sürətli şəkildə getmir.
Tövsiyə edilir ki, pilot peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlığa mane olan amillər dəqiq müəyyənləşdirilə və maraqlı olan işəgötürənlərlə əməkdaşlıq qurula bilər.

İnkişaf və tədqiqat sahələrinə özəl sektorun investisiya qoyması üçün stimullaşdırıcı tədbirlərin keçirilməsi (Rusiya, Belarusiya təcrübəsi öyrənilə bilər) və yüksək texnologiyalar parklarının fəaliyyətinin səmərəli təşkili istiqamətində aidiyyəti qurumlarla birgə iş planının hazırlanması istiqamətində iş aparıla bilər. Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə iş aparıla bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar