Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bu universitetlər Qəbələyə köçürülür - SİYAHI

Tarix: 14-09-2016 10:21     Baxış: 3391 A- / A+
Bu universitetlər Qəbələyə köçürülür


Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.

Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil.

İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.

Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir.

Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəsisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.

Təhsil Nazirliyindən rəsmi sorğumuza cavab olaraq bildirdilər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların (kampus – müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciyi – red.) yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”. (axar.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar