Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Direktorun işdən çıxarıldığını eşidən valideynlər etiraz etdilər : Müəllimlər göz yaşı tökdülər

Tarix: 21-09-2017 07:41     Baxış: 6474 A- / A+
Direktorun işdən çıxarıldığını eşidən valideynlər etiraz etdilər


Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktorunun işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Məlumatdan sonra məktəbdə təhsil alan şagirdlərin valideynləri və müəllimlər bu qərara etiraz ediblər.

Hazırkı təhsil naziri Mikayıl Cabbarovun da 7 il təhsil aldığı lisey kompleksinin direktoru Qafar Hüseynovun işdən çıxarılması xəbərini eşidən valideynlər bu qərara qəzəbləniblər. Çünki onlar direktordan tam razıdırlar. Qərara etiraz olaraq 100-dən çox valideyn bu gün səhər saatlarında məktəbin akt zalında toplaşıblar. Onlar direktorun yenidən öz vəzifəsinə qaytarılmasını tələb edirlər.

Valideynlər deyirlər ki, Qafar Hüseynov çox yaxşı müdir olub və bu səbəbdən onun getməsini istəmirlər: "Qafar müəllim nümunəvi direktordur. Biz onun işdən çıxarılmasını istəmirik. Üstəlik o, hazırda xəstəxanadadır. Yıxılıb, ayağı sınıb. Burada elə valideynlər var ki, onlar sırf Qafar müəllimə görə uzaqda yaşasalar da uşaqlarını bu məktəbə qoyublar. Qafar müəllim bu məktəbdə çox gözəl sistem qurub. Hər şey öz qaydasında gedir. Sırf Qafar müəllimə görə öz uşağını bu məktəbə gətirənlər var. Onun kimi gözəl insan, savadlı müəllim, yaxşı müdir yoxdur. Buna görə də, onun çıxarılmasını istəmirik".

"Mənim 3 uşağımın 3-ü də bu məktəbdə təhsil alıb, uğurla təhsillərini bitiriblər. Mənim burada heç bir marağım yoxdur. Amma eşidəndə ki, direktoru çıxarırlar, dayana bilmədim, gəldim. Çünki onun necə gözəl insan olduğunu bilirəm. Mənim birinci oğlum burada oxuyanda gəlib xahiş edirdim ki, onu Qafar müəllimin dərslərində otursun. Bu günə kimi mən ona 1 manat pul verməmişəm. Qafar müəllim olmasa, bu məktəb batar" - deyən valideynlərdən biri, Qafar Hüseynovun direktor olaraq vəzifəsində qalmasını istəyir.

Məktəbin müəlliməsi Tahirə Qazıyeva da digərləri kimi direktorun məktəbdə qalmasını istəyir: "Mən özümü çox xoşbəxt müəllimə kimi hiss edirəm. Çünki mən prezidentimizin nəvələrinə dərs demişəm. Mən də fəxr edirəm ki, Qafar müəllim kimi bir şəxslə, onun rəhbərliyi altında işləyirəm. Son günlərdə yaşadıqlarımız bizi elə bir hala salıb ki, gözümüzə yuxu da getmir. Bilmirəm nə edim ki, bu ədalətsizliyin qarşısını alım. Qafar müəllim kimi birini qorumaq, uca tutmaq lazımdır".

Narazı valideyn və müəllimlərlə görüşə Bakı Şəhər Təhsil İdarəsindən nümayəndə gələrək onlarla görüşüb. Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Əfqan İsgəndərov deyib ki, Qafar Hüseynov öz işinə geri qayıdacaq: "Qafar müəllim hazırda xəstəxanadadır. Sağalsın, gələcək və vəzifəsinə davam edəcək. Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir. İşdən çıxarılması məsələsi həqiqəti əks etdirmir".

Öyrəndik ki, dünən nazirlik əməkdaşları məktəbdə yoxlama da aparıblar. Onlar müxtəlif siniflərdə şagirdlərdən müəllimlərə pul verib-vermədiklərini soruşublar. Buna səbəb isə, nazirliyə bu məktəbdə rüşvət alınması ilə bağlı edilən şikayətdir. Müəllim və valideynlər isə iddia edirlər ki, şikayət əsassızdır.

Sonda müəllim və valideynlər təhsil nazirinə direktorun işdən çıxarılmaması üçün məktub yazaraq, bir-bir altına imza atdılar.(Musavat.com)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar