Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Müəllimin peşəkarlığı onun tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır"

Tarix: 30-08-2017 15:13     Baxış: 3411 A- / A+
"Müəllimin peşəkarlığı onun tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır"


Müəllimin yeni rolu, üstün peşəkarlıq vərdişləri həm də tədrisdə tətbiq edəcəyi İKT bacarıqlarından asılıdır.

Təhsil Nazirliyindən Moderator.az-a verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə direktoru Çoi Yonjae ilə görüşündə deyib.

Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan danışan nazir qeyd edib ki, İKT bacarıqları biliklərin çatdırılmasında əyaniliyi təmin edir, dialoq mühiti yaradır.

M.Cabbarov deyib ki, son illərdə Təhsil Nazirliyinin müəllimlərin İKT bacarıqlarının artırılması, İKT infrastrukturunun yaradılması, elektron resursların bazasının genişləndirilməsi sahəsində gördüyü işlər bu prosesə təkan verib.

Azərbaycanla Koreya arasında təhsil, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirən nazir İKT sahəsində dünyanın aparıcı dövlətlərindən olan Koreya ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar