Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir

Tarix: 28-08-2017 08:28     Baxış: 4403 A- / A+
Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir


Orta məktəblərdə dini tədrislə bağlı məsələ yenidən gündəmə gəlib. Bu günlərdə DQİDK sədr müavini Gündüz İsmayılov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrı olduğu üçün orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz.


Onun sözlərinə görə, dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq isə dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Komitə rəsmisi həmçinin bildirib ki, Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklər verilmədikcə doğru yerdə və doğru insanlar tərəfindən verilməsə bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar.


Qeyd edək ki, orta məktəblərdə din dərsinin ayrıca fənn kimi tədris olunması ilə bağlı müxtəlif təkliflər səslənir. Mövzu ilə bağlı "Reytinq” qəzetinə münasibət bildirən şərşqşünas-araşdırmaçı yazar Vüsal Hətəmov bildirib ki, Komitə rəsmisi qaranlıq danışıb. Onun sözlərinə görə, komitə rəsmisinin bu çıxışı ən yaxşı halda, mövsümqabağı gündəmə gəlmək xarakteri daşıyır: "Çünki hazırda bu barədə nə ciddi diskusisya var, nə də ki ciddi ictimai iddia var. Bir az da qabağa getsək, bəzi media vasitələrinın bu sözləri xüsusi başlıqla verməsi isə sanki bəzi radikal cərəyanları qızışdırmaq xarakterlidir”.


Şərqşünas bildirib ki, DQİDK-nin açıqlaması ziddiyyətlidir. O hesab edir ki, məktəblərdə dinin tədrisi Təhsil Nazirliyinə aiddir, DQİDK isə dini icmalarla, dini qurumlarla bağlı məsuliyyətlidir: "Təhsil ocaqlarında dini mövzuların dərsliyə tətbiqi və hazırlanmasında isə Təhsil nazirliyi ilə birgə iştirak edə bilər və ya tövsiyə verə bilər. Məsələnin ikinci tərəfi budur ki, din haqda bilgi dindarlaşma, şəriətin öyrədilməsi, ibadətlərin mənimsədilməsi deyil. Din haqda tədris, bilgi din tarixi, dini dünyagörüşü ilə tanış olmaq, İncil, Tövrat və Quran barədə bir sıra bilgilərə malik olmaq deməkdir. Həmçinin bura Qurani-Kərimin aktual ayələrindən bəzilərinin təfsirini də əlavə etmək olar. Misal üçün ailə-məşiət, təhsil, ekologiya mövzularını bura daxil etmək olar. Bildiyimiz kimi tarix boyunca bir sıra azərbaycanlı təfsir alimləri dünya İslam aləminə böyük nailiyyətlər bəxş etmişlər. 15 və 17- ci əsrlərdə yaşamış Naxçivani və Bakuvinin biri ərəbcə biri isə türkcə yazılmış 100 və 20 cildlik təfsir kitablarını nümunə göstərmək olar. Bütün bu dini tədris hələ insanların dindarlaşması demək deyil. Əgər dini təhsil dindarlaşmağa gətirib çıxartsaydı, Axundovdan üstün dindar olmazdı. Axundovun dini təhsili yüksək idi. Deməli, dini tədrisdən qorxmaq lazım deyil. Ümumiyyətlə, radikallığın qarşısının alınması üçün ən gözəl yol maarifdir. Əgər insanlar öz dinləri haqda lazımi bilgiyə malik olsalar, radikallıqdan uzaq olarlar.”


Vüsal Hətəmov onu da nəzərər çatdırıb ki, dini bilgilərin tədrisi bizə açıq və gizli niyyətlə düşmən olan xarici dini mərkəzlərin, qeyri-ənənəvi məzhəb-təriqət ocaqlarının öhdəsinə deyil, öz təhsil nazirliyimizə həvalə edilməlidir.

"Tədris məsələsi ancaq təhsil mərkəzlərində olmalıdır. Dini tədrisi naməlum məqsədli, qeyri-şəffaf fəaliyyətdə olan ilhiayyatçlara, məsciddə sovetdən qalma mollalara, xaricdən təsirlənənən ilahiyyatçılara həvalə etmək olmaz. Əks-təqdirdə gənclərimizin sədası radikal-təkfirçi terror təşkilatlarının sıralarından gələcək. Ölkədə kifayət qədər ilahiyyatçı var. Hətta bunlar arasında xaricdə oxuyan, lakin xarici dövlətlərin siyasi təsirində olmayan, öz vətəninə layiqincə xidmət göstərən və göstərmək istəyən ilahiyyatçılar da var. Onlara xüsusi pedoqoji kurslar keçməklə pedoqoq kimi onlardan da istifadə etmək olar”. – deyə müsahibimiz fikrini tamamlayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar