Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərə qəbul qaydası dəyişir : Deputat yeni sistemi şərh etdi

Tarix: 27-08-2017 10:35     Baxış: 3538 A- / A+
Ali məktəblərə qəbul qaydası dəyişir


Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar birmənalı qarşılanmır.
Məsələ ilə bağlı danışan millət vəkili Asim Mollazadə bildirib ki, əsas məqsəd ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır:
“Ali məktəblərə qəbul prosesi dəyişdiriləcək. Bu addım 2 il sonra üçün nəzərdə tutulub. Müəyyən modellər düşünülüb təkliflər veriləcək. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir. Əsas məqsəd test üsulunun yeni formada tətbiqi, Azərbaycanda təhsil sisteminin dəyişilməsi və ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır. Müəyyən istedadlı abituriyentlər üçün şərait yaradılması, onların bacarıqlarının üzə çıxarılması bu sistemin xüsusiyyətlərindən biri olacaq”.
Millət vəkili bildirib ki, əgər yeni sistem keyfiyyətli təhsilə yol açacaqsa, bu, savadlı kadrların yetişməsinə gətirib çıxaracaq:
“Məleykə Abbaszadə hələ qəbul qaydalarında nəyin necə dəyişdiriləcəyi barədə konkret heç nə deməyib. Bu barədə dəqiq məlumat verilməyib. Əgər yeni variant test üsulundan mütərəqqi olub, keyfiyyətli təhsilə yol açacaqsa, bu, Azərbaycanda savadlı kadrların yetişməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyinə dair fikir səsləndirmişdi: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar