Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirlikdən 30 min şagirdlə bağlı Açıqlama

Tarix: 07-09-2016 15:24     Baxış: 2471 A- / A+
Nazirlikdən 30 min şagirdlə bağlı Açıqlama

"Təhsil üzrə ekspert Nadir İsrafilovun bu il guya 30 min şagirdin ümumi təhsil müəssisələrinə gedə bilməyəcəyi barədə dedikləri yalan informasiyadır və Təhsil Nazirliyi adından heç vaxt belə bir rəqəm səslənməyib".

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin rəsmiləri müxtəlif tədbirlərdə ölkədəki müsbət demoqrafiyanı qeyd edərək, hər il birinci sinfə gedən uşaqların sayının artdığını bildiriblər.

"Məsələn, bu il ümumi təhsil müəssisələrinin I sinfinə 164 mindən çox şagird gedəcək. Ötən tədris ilində isə 156 877 nəfər qəbul olunub ki, buradan da müsbət demoqrafiya aydın görünür".

Nazirlik təhsil ekspertinin informasiya verərkən dürüst statistikaya əsaslanmasını, olmayan rəqəmləri şərh etməməsini tövsiyə edib.

"O ki qaldı hörmətli ekspertin qəbul imtahanlarında balların aşağı düşməsi fərziyyəsinə, TQDK-nın aşağıda təqdim olunan statistikası buna ən yaxşı cavabdır.

2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord sayda - 34 385 nəfər (43,8%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8%, 2014-ci ildəki göstəricidən 9,1% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib", - deyə nazirlikdən bildiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar